Məhkəmə qərarları › İş №3(044)-137/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-137/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-137/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X5 oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2020ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz tərtib edilmişdir, çünki o, heç bir qayda pozuntusu etməmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə etibarnamə və sürücülük vəsiqəsi əsasında həyat yoldaşı X1 idarə etdiyi Hyundaı İX35 markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən polis nəfəri tərəfindən avtomobilləri tam başqa səbəblə saxlanılmış və söhbət əsasında məlum olmuşdur ki, o, 100 manat məbləğində cərimə edilmişdir. Məsələni aydınlaşdırmaq üçün dərhal Gəncə şəhəri DYPİ-nə yollanmışdır və ordan ona bildirilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi iə 100 manat məbləğində onu cərimə ediblər. O həmin vaxt orada məsul şəxsin qəbuluna düşmüş və bildirmişdir ki, avtomobili həmişə etibarnamə əsasında həyat yoldaşı idarə etmişdir. O isə səhhəti ilə əlaqədar olaraq heç vaxt avtomobil idarə etməmişdir. Bundan başqa bu cərimə ilə əlaqədar ona və həyat yoldaşına rəsmi məlumat verilmədiyini və qanuna uyğun olmayan cərimə yazıldığını, həmçinin həmin cərimənin üzərinə faizlər gəldiyini soruşanda ona həmin qərarın surətini verib, bildirmişlər ki, onlar həmin cəriməni silə bilməzlər. Ona Baş Dövlət X8 müraciət etməyi məsləhət görmüşlər. O qərarın surətini aldıqdan dərhal sonra qaynar xəttə zəng etmiş məsələnin araşdırılmasını xahiş etmişdir və xx xxxxxx 2020-ci il tarixdə poşt vasitəsilə rəsmi qaydada Baş Dövlət X8 müraciət etmişdir. Dəfələrlə zəng etməyinə, rəsmi müraciət etməyinə baxmayaraq bugünə kmi aidiyyatı orqan tərəfindən şikayətinə baxılmamış hətta rəsmi cavab belə verilməmişdir. Elə bu səbəbdən də məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulduğu halda 100 manat məbləğində cərimə edilmişdir. Lakin elektron qərarda hansı səbəbdən 100 manat cərimə edilməsi qeyd olunmamışdır. Həmçinin həmin qərarda İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələbləri pozulmuşdur, belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təstiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməsi məcburiolsa da elektron qərarda bu hala rast gəlinmir. Sonda şikayətçi göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə DİN BDYPİ –nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə X4 barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Halbuki, X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 100 manat cərimə edilmişdir. Göründüyü kimi X4 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X3, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X4 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 20 (iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar