Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-137/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 31 yanvar 2022ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 31 yanvar 2022ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 29.01.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruz” markalı, **-PC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Gəncə şəhərindən Goranboy rayonu, Dəliməmmədli şəhərinə gedən zaman Gəncə şəhər DYPŞnin əməkdaşları tərəfindən barəsində elektron protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, guya o, 29.01.2022-ci il tarixdə Gəncə-Bakı magistral yolunun Nizami Gəncəvinin məqbərəsi adlanan ərazisində “X5” Azərbaycan Respublikası Qanununun 328.3-cü maddəsinin tələblərini pozmuş və buna görə 31.01.2022-ci il tarixli qərarla 150 manat məbləğində cərimə olunmuşdur. Yol Patrul Xidməti avtomobili perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını oxumaq imkanına malikdir. Həmin sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Yol Patrul Xidmətinin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi sürət həddini aşmış və ya qayda pozuntusu edən nəqliyyat vasitələri barədə məlumatları sistemin mobil rabitə şəbəkəsi vasitəsi ilə dərhal Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür. 31.012022-ci il tarixli EQ ******* saylı qərardan görünür ki, 29.01.2022-ci il tarixdə elektron protokol tərtib olunmuşdur. Həmin protokola əlavə olunmuş fotoşəkillərdən aydın görünür ki, qayda pozuntusu faktiki olaraq Gəncə- Bakı magistral yolunun Nizami Gəncəvi məqbərəsinin yaxınlığıdır. Lakin elektron protokolda hadisənin yeri yəni, GPS kordinatı Gəncə şəhəri, D.Qorqud prospekti 1a kimi qeyd edilmişdir. Belə olan halda hesab edir ki, bu ziddiyyət onun qayda pozuntusu törətməyinə kifayət qədər şübhə yaradır. Çünki, hər kəsə məlumdur ki, Gəncə şəhəri, Dədə Qorqud prospektində 110 km/s sürət həddi ilə avtomaşın idarə edilməsi qeyrimümkündür. Buna görə də iddia edilən qayda pozuntusunun ünvanı səhv qeyd edildiyi halda sürət həddinin 110 km/s həddində aşılmasının müəyyən edilməsi də həqiqəti əks etdirmir. Bundan başqa, mövcud qanunvericiliyə görə hadisə barədə protokol tərtib olunsa da, 24 saat ərzində qərar elektron kabinetə yerləşdirilməlidir. Lakin YPX-nın iddia etdiyi qayda pozuntusu 29.01.2022-ci ildə aşkarlansa da barəsində olan qərar 31.01.2022-ci il tarixdə elektron sistemə vurulmuşdur. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, EQ ******* saylı elektron qərarı qanunun pozulması ilə tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 yolda 60 km/saat müəyyən edilmiş hərəkət sürətini 50 km/saat həddində aşmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 31 yanvar 2022ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 31 yanvar 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-137/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-137/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver