Məhkəmə qərarları › İş №3(044)-139/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-139/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-139/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər X4 Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 13 may 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, İ.Mikayılov küçəsi, ev 92-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olunur ki, Şəxs 27 fevral 2022-ci il tarixdə saat 19:40 radələrində Gəncə şəhəri, Heydər Əliyev parkının qarşısında “Chevrolet Cruze” markalı “**-EL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomaşının təhlükəli manevr hərəkəti edərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs 27 fevral 2022-ci il tarixdə saat 19:40 radələrində Gəncə şəhəri, Heydər Əliyev parkının qarşısında “Chevrolet Cruze” markalı “**-EL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomaşının təhlükəli manevr hərəkəti edərək yol hərəkəti iştirakçılarının hərəkəti üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, əməlindən səmimi peşmandır, ilk dəfədir ki, inzibati xəta törədir, bir daha belə hallara yol verməyəcək. 27 fevral 2022-ci il tarixdə saat 19:40 radələrində “Chevrolet Cruze” markalı “20EL-369” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev parkının qarşısında avtomobil üçün nəzərdə tutulmuş dayanıqlı vəziyyətdən qəflətən hərəkətə başlamış, avtomobilin arxasını fırlatmış, daha sonra əl əyləcindən istifadə edərək, öz ox ətrafında bir dövrə etmiş, daha sonra əl əyləcindən istifadə edərək, öz ox ətrafında dövr etmiş, daha sonra uzaqlaşaraq çıxıb getmişdir. Kobud və qərəzli yol hərəkəti qaydasını pozuntusuna yol verdiyi üçün peşmandır. Məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək göstərdi ki, Şəxs cavan olmasını, əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini bildirərək, qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 27.02.2022-ci il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs Rövşən oğlunun sidiyində narkotik maddələrin AMP-nin təyin aşkar olunmuşdur. 27.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 fevral 2022-ci il tarixdə saat 20:45 tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatlarını, inzibati xəta törətmiş şəxsin müdafiəçisinin fikrini dinləyərək, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. 28 fevral 2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alsa da, onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən saat 20:45-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Gəncə şəhər Baş Polis İdarəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə təqdim edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar