Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-142/2021 13.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, subay, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 17, mənzil 31-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində idarə etdiyi “VAZ 21015” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar posta çatarkən şəxsi işləri ilə əlaqədar tələsdiyinə görə yoxlama zamanı növbəni pozaraq sol istiqamətdə qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxmışdır. Bu zaman Dövlət Yol Patrul Xidmətinin əməkdaşı onu saxlatmış, sənədlərini göstərməsini tələb etmiş və ona bildirmişdir ki, yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində inzibati cərimə yazılmalıdır. O, həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, sənədlərini təqdim etməmişdir. Hazırda etmiş olduğu əməlindən peşman olmasını qeyd edib barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri X4 göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda Yol Patrul Xidmətinin əməkdaşı Sahib Orucovla xidmətdə olarkən “VAZ 21015” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs posta çatarkən yoxlama zamanı növbəni pozaraq sol istiqamətdə qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxmışdır. Bu zaman Dövlət Yol Patrul Xidmətinin əməkdaşı Sahib Orucov onu saxlatmış və sənədlərini göstərməsini tələb etmiş və ona bildirmişdir ki, yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində inzibati cərimə yazılmalıdır. Şəxs həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, sənədlərini təqdim etməmişdir. Daha sonra onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Onlar məcbur olub Şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXTnin polis nəfəri X3 eyni məzmunlu izahat verərək X2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyərək, habelə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair protokol düzgün tərtib edilmişdir, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini etiraf etməsi, səmimi peşmançılığı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş, şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-142/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-142/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver