Məhkəmə qərarları › İş №3(044)-143/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-143/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-143/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Gəncə şəhər prokuroru Azad Qarayevin qərarına iş materialları ilə birlikdə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar verilərək məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Məhrəsə Bağı, ev 16, mənzil 23-də yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək sərxoş olan əri Rafael tərəfindən döyülməsini bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində X5 arvadı X4 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı X2 bədəninin müxtəlif yerlərindən vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döyüb İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törəmişdir. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək bildirmişdir ki, o, zərərçəkmiş şəxs X1 üzr istəyərək barışmış, buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə verərək bildirmişdir ki, inzibati xətanı törətmiş Şəxs ondan üzr istədiyi üçün uşaqlarının xatirinə sonuncu ilə barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X4 inzibati xətanı törədən şəxs Şəxs ilə barışdığından sonuncu barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar