Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-146/2021 14.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “Volsvogen” markalı avtomobil ilə Gəncə-Şəmkir yolunda yaradılan postda “Mercedes” markalı avtomobili vurmuş,həmin avtomobili sürükləmiş və nəticədə Gəncə şəhər BPİ-nin XTB-nin istifadəsində olan “Fiat” avtomobilə dəyərək müəyyən olunmuş yerdə karantin rejimini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə polis əməkdaşı Emil Əliyev, digər polis əməkdaşları Elcan Çobanov,Ceyhun İbrahimov,Elvin Niftəliyevlə birlikdə Gəncə-Şəmkir stasionar polis postunda xidmətdə olan zaman “Mercedes” markalı avtomobilin sürücüsünün müvafiq qaydada icazə alıb-almamasını yoxlayan zaman uzaqdan posta doğru sürətlə yaxınlaşan nəqliyyat vasitəsini görmüş və ona “saxla” əmri verilmişdir. Buna baxmayaraq “Volsvagen” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşlarının “saxla” əmrinə və postda olan “stop” nişanına məhəl qoymayaraq postdan icazəsiz keçmək istədiyi üçün postda yoxlanılan “Mercedes” markalı avtomobili vurmuş,həmin avtomobili sürükləyərək XTB-nin **-AV-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilini vurmuşdur. Daha sonra “Volsvogen” markalı avtomobil yolun kənarındakı daşlara çırpılaraq kənara düşmüşdür. Polis əməkdaşları həmin anda avtomobilə yaxınlaşaraq sürücünü avtomobildən düşürmüşlər. Bu zaman polis əməkdaşı Emil Əliyev adı sonradan məlum olan vətəndaş Şəxs yaxınlaşaraq özünü təqdim etdikdən sonra Şəxs kəskin spirtli içki iyi gəldiyini görmüş və ona karantin rejimi ilə əlaqədar icazəsi olub olmamasını soruşmuşdur. Vətəndaş Şəxs əsəbi halda ona heç bir icazəsi olmadığını bildirərək ucadan səs-küy salmışdır. Polis əməkdaşı Emil Əliyev sonuncunu sakitləşdirərək protokol tərtib edilməsi üçün polis bölməsinə dəvət etmiş, lakin Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, yeznəsi Xəyalla birlikdə Şəmkir şəhərində onun evində yemək yeyib bir qədər spirtli içki içmişdir. Sonra təxminən saat 22 radələrində Xəyal evlərinə getdikdən sonra o, Gəncə şəhərinə yola çıxmış və karantin postu olmayan torpaq yolla hərəkət etmişdir. O, Gəncə şəhərində Poçt qəsəbəsində işlərini həll etdikdən sonra Şəmkir şəhərinə qayıtmaq üçün yola çıxmışdır. Gəncə-Şəmkir yolunda o, idarə etdiyi “Volsvagen” markalı avtomobil ilə hərəkətdə olan zaman Gəncə-Şəmkir yolunda qurulmuş postda ona polis əməkdaşları tərəfindən “saxla” əmri verilməsinə baxmayaraq içkili olduğu üçün sükan arxasında yuxuladığına görə postda dayanan “Mercedes” markalı avtomobili vurmuş, həmin avtomobil isə polis əməkdaşlarının xidməti avtomobilinə dəymiş, sonra onun idarə etdiyi avtomobil yolun kənarındakı daşlara çırpılaraq yolun kənarında dayanmışdır. Daha sonra polis əməkdaşı yaxınlaşaraq özünü təqdim etdikdən sonra karantin rejimi ilə əlaqədar sms icazəsinin olub-olmamasının soruşmuş, həmin vaxt o, çox əsəbi olduğu üçün icazəsinin olmadığını deyərək səs küy salmış, polis əməkdaşı onu nizam-intizama dəvət edərək protokol tərtib edilməsi üçün polis bölməsinə dəvət etmiş, lakin o, polisin qanuni tələblərinə riayət etməmişdir. Hazırda o, etdiyi hərəkətlərdən çox peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Sonda ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin MMQ-nın inspektoru X5 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində o, xidmət apardığı "Xüsusi karantin rejimi ilə bağlı" Gəncə-Şəmkir stasionar polis postunda Gəncə şəhər BPİin XTB-nin polis nəfərləri polis serjantı Elcan Çobanov, polis serjanti Ceyhun İbrahimov və polis serjantı Elvin Niftəliyev ilə birlikdə xidmətdə olan zaman "Mercedes" markalı avtomobilin müvafiq qaydada icazə alıb-almamasını yoxlayarkən uzaqdan posta doğru sürətlə yaxınlaşan nəqliyyat vasitəsini görmüş, ona "saxla" işarəsi verməklərinə baxmayaraq "Volsvagen" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onların saxla əmrinə və postda olan "stop" nişanına məhəl qoymayaraq postda yoxladıqları "Mercedes" markalı avtomobilə vurmuş, həmin avtomobil isə XTB-nin **-AV- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinə dəymiş, sonra "Volsvagen" markalı avtomobil yolun kənarındakı daşlara çırpılaraq dayanmışdır. O, digər polis əməkdaşları ilə həmin anda maşına yaxınlaşaraq sürücünü maşından düşürmüşlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs kəskin spirtli içki iyi gəldiyini müşahidə etmişlər. Vətəndaş Şəxs ucadan səs küy salaraq onlara tabesizlik göstərib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkdşları ondan sakitləşməsini tələb etmiş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsdən sakitləşməsini tələb edərək onun müvafiq qaydada icazə alıb-almamasını yoxlayan zaman icazəsinin olmaması məlum olmuşdur. Dərhal hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə xəbər verdikdən sonra hadisə yerinə əməliyyat qrupu ilə təcili tibbi yardım xidməti gəlmişdir. Bundan sonra o, köməyə post patrul xidmətinin əməkdaşlarını çağıraraq Şəxs Gəncə şəhəri Nizami RPİ-nə gətirib təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin XTB-nin polis baş serjantı X2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində xidmət apardığı "Xüsusi karantin rejimi ilə bağlı " Gəncə-Şəmkir stasionar polis postunda Gəncə şəhər BPİ-nin MMQ-nın inspektoru Emil Əliyev,Gəncə şəhər BPİ-in XTB-nin polis nəfərləri polis serjanti Ceyhun İbrahimov və polis serjantı Elvin Niftəliyev ilə birlikdə xidmətdə olan zaman "Mercedes" markalı avtomobilin müvafiq qaydada icazə alıb-almamasını yoxlayan zaman uzaqdan posta doğru sürətlə yaxınlaşan nəqliyyat vasitəsini görmüş, ona "saxla" işarəsi verməklərinə baxmayaraq "Volsvogen" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onların saxla əmrinə və postda olan "stop" nişanına məhəl qoymayaraq postdan icazəsiz keçmək istədiyi üçün postda yoxladıqları "Mercedes" markalı avtomobilə vurub, həmin avtomobili sürükləyərək XTB-nin **-AV-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinə vurmuşdur. Daha sonra "Volsvogen" markalı avtomobil yolun kənarındakı daşlara çırpılaraq kənara düşmüşdür.Həmin anda maşına yaxınlaşaraq sürücünü maşından düşürmüşlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs kəskin spirtli iyi gəldiyini müşahidə etmişlər. Vətəndaş Şəxs ucadan səs küy salaraq onlara tabesizlik göstərib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkdşları ondan sakitləşməsini tələb etmiş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsdən sakitləşməsini tələb edərək onun müvafiq qaydada icazə alıb-almamasını yoxlayan zaman icazəsinin olmaması məlum olmuşdur. Dərhal hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə xəbər verdikdən sonra hadisə yerinə əməliyyat qrupu ilə təcili tibbi yardım xidməti gəlmişdir. Bundan sonra post patrul xidmətinin əməkdaşlarınının köməkliyi ilə Şəxs Gəncə şəhəri Nizami RPİ-nə gətirilib təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin XTB-nin polis baş serjantı X3 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində xidmət apardığı "Xüsusi karantin rejimi ilə bağlı" Gəncə-Şəmkir stasionar polis postunda digər polis əməkdaşları ilə birlikdə xidmətdə olan zaman "Mercedes" markalı avtomobilin müvafiq qaydada icazə alıb-almamasını yoxlayarkən uzaqdan posta doğru sürətlə yaxınlaşan nəqliyyat vasitəsini görmüşlər. Həmin "Volsvagen" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə "saxla" işarəsi verməklərinə baxmayaraq həmin avtomobil onların saxla əmrinə və postda olan "stop" nişanına məhəl qoymayaraq postdan icazəsiz keçmək istədiyi üçün postda yoxladıqları "Mercedes" markalı avtomobili vurmuş, həmin avtomobil isə XTB-nin **-AV-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinə dəymişdir. Daha sonra "Volsvogen" markalı avtomobil yolun kənarındakı daşlara çırpılaraq dayanmış, onlar maşına yaxınlaşaraq sürücünü maşından düşürmüşlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs ucadan səs küy salaraq onlara tabesizlik göstərib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkdşları ondan sakitləşməsini tələb etmiş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsdən sakitləşməsini tələb edərək onun müvafiq qaydada icazə alıb-almamasını yoxlayan zaman icazəsinin olmaması məlum olmuşdur. Dərhal hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə xəbər verdikdən sonra hadisə yerinə əməliyyat qrupu ilə təcili tibbi yardım xidməti gəlmişdir. Bundan sonra post patrul xidmətinin əməkdaşlarınının köməkliyi ilə Şəxs Gəncə şəhəri Nizami RPİ-nə gətirilib təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 211.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs karantin rejimi qaydalarını pozması və polis içisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli Şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-146/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-146/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver