Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-147/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri DYPŞ polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs oğlu 29 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Şəxs oğlu sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus ** CM *** dövlət qeydiyyat nişanlı Toyota Prado minik markalı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə üzü Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “Sevimli marketin” yaxınlığında geriyə dönmə əməliyyatını həyata keçirərkən manevretmə qaydalarını pozaraq sürücü X1, sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi ona məxsus ** DA *** dövlət qeydiyyat nişanlı Volswagen Golf minik markalı avtomobillə toqquşmuş, nəticədə Fadil Ellazovun sağ diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına, həmçinin sonuncuya məxsus ** DA *** dövlət qeydiyyat nişanlı Volkswagen Golf minik markalı avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmaqla Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələrinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin 29.09.2021-ci il tarixli № 1679 saylı rəyində qeyd edilmişdir ki, 1989-cu il təvəllüdlü vətəndaş X1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərdə yazılara əsasən vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ diz nahiyyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsvii hissəsində göstərilən tarixə, yəni 04.10.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 29.10.2021-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol 03.02.2022-ciil tarixdə tərtib olunmuş və 28.02.2022ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, hazırda isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 04 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuldiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs oğlunun barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlunun barəsində 03.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-147/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-147/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver