Məhkəmə qərarları › İş №3(044)-148/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-148/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-148/2021 21.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPB-nin sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxslər X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami rayon X11 Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami RPB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Quliyeva Ruhanə və Quliyeva Gülnaranı döymüş və zərərçəkmiş şəxs Quliyeva Gülnaraya məxsus 80 manat dəyərində əmlaka ziyan vurmuşdur. Bununla o, İXM-in 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Nizami RPB-nin sahə rəisi polis leytenantı X4 protokolda göstərilənlərlə eyni məzmunlu çıxış etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirdi. Hazırda zərərçəkmiş şəxslər X5 və X6 ilə barışdığını, onlardan üzr istədiyini, dəymiş ziyanı ödədiyini, zərərçəkmişlərin ondan heç bir şikayəti olmadığını bildirdi və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 14- 15 radələrində yaşadıqları evdə olarkən Şəxs və bacısı Təranə Babayeva onu və anası Gülnara Quliyevanı evin həyətində yaranmış mübahisə zamanı döyərək bədən xəsarətləri yetirmişlər, həmçinin Şəfa onun 80 manat dəyərində qablarını sındırmışdır. Hazırda Təranə və Şəfa ondan üzr istədikləri və dəymiş ziyanı ödədikləri üçün barışmışlar, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6, eyni məzmunlu izahat verərək X2 izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və Şəxs ondan üzr istədiyini, sonuncu ilə barışdığını bildirərək işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər X5 və X6 inzibati xətanı törətmiş Şəxs ilə barışmaqları, dəymiş ziyanın ödənilməsi və iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizələrini təqdim etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslər X5 və X6 ilə barışdığından onun barəsində İXM-in 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114,115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar