Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-149/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, 20.10.1976-cı il tarixdə Kəlbəcər rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, ADAU-nun yataqxanası ətrafında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında baxıb, məhkəmə Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs 09.01.2022-ci il tarixdə X4 məxsus yaşadığı evin eyvanının altında olan 300 manat dəyərində olan taxtaları yandırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar 10.02.2022-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı və məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs başqasına məxsus əmlakı qəsdən məhv etməsinə dair inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X5 və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19.01.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs 09.01.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ünvanında yaşayan X3 yaşadığı evinin plaşatkasının altında olan 300 manat dəyərində taxtaları yandırmaqla Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin şəxs tapıldıqdan sonra barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinə göndərilmişdir. 10.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X3 yaşadığı evin plaşatkasının altında olan 300 manat dəyərində taxtaları yandıraraq onun əmlakına 300 manat məbləğində ziyan vurmuşdur. X1 RPİ-yə yazdığı izahatında göstərmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. 2015-ci ildə boşanmışlar. Boşandıqdan sonra Malik onu tez-tez narahat edir. 09.01.2022-ci il tarixdə evinin plaşatkasının altında ona məxsus olan 300 manat dəyərində taxtaları yandıranda görmüşdür. Bundan sonra tez DİN 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonra isə Malik ona zəng vuraraq taxtaları yandırdığını demişdir. X2 RPİ-yə yazdığı izahatında göstərmişdir ki, səhər saatlarında bacısı zəng etmiş, o da onlara getmişdir. O, gedəndə bacısı artıq FHN və DİN-ə müraciət etmiş və əməkdaşlar gəlmişdi. DİN əməkdaşları hadisə yerinə baxış keçirən zaman bacısına zəng gəlmiş, həmin əməkdaşların tələbi ilə bacısı telefonu səs ucaltmaya qoymuşdur. Səs Şəxs səsi idi. O deyirdi ki, evin yanacağını bilmirdinmi, yaxşı eləyib yandırmışam və s. Şəxs dəfələrlə bacısını təhdid etməsinə, səsin ona məxsus olmasına əsasən deyə bilər ki, Şəxs bacısının evini yandırmağa cəhd etmişdir. Əgər vaxtında xəbərləri olmasaydı, həm ev, həm bacısı uşaqları ilə birlikdə yana bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutuluş məsuliyyəti yüngülləşdirən hallar, eyni zamanda İXM-in 33-cümaddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuşziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə - yəni 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-149/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-149/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver