Məhkəmə qərarları › İş №3(044)-153/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-153/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-153/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, “Xan bağı” parkında idman etdiyi zaman üzündə maska olduğu halda polis əməkdaşı qardaşına yaxınlaşıb “dedilər ki, sən maskasızıydın” demişdir. Polis kənarda duran vətəndaşlardan soruşmuşdur ki, “bu vətəndaşın maskası üzündədi?”, vətəndaşlar təsdiq etdilərki maskası üzündədi. Bundan sonra polis qardaşından üzr istəmiş və Müşteyidzadə İntiqama bildirmişdir ki, “sən maskasız idin”. O, polislərin qanunsuz yazdıqları protokola imza atmaqdan imtina etmiş və Nizami rayon Polis Bölməsinin rəisinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X9 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə X4 adlı şəxsin ölkə ərazisində karantin rejimi dövründə tibbi maskadan istifadə etməməsi ilə bağlı raport daxil olmuş və o, həmin raport əsasında X3 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. O, inzibati xəta haqqında protokol tərtib edərkən X4 izahat verməkdən imtina etmişdir. O, iş materiallarını araşdırarkən müəyyən olunmuşdur ki, X4 həqiqətən də karantin rejimi dövründə tibbi maskadan istifadə etməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Post-patrul xidməti taqımının polis nəfəri X10 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 09:15 radələrində post yoldaşı Nemət Rzayevlə xidmətdə olarkən adını sonradan bildikləri X3 ölkə ərazisində karantin rejimi dövründə tibbi maskadan istifadə etmədiyini görmüşlər. Onlar həmin şəxsi gətirib Gəncə şəhər Nizami rayon Polis idarəsinin Növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə şikayət vermiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidin izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi polis leytenantı X9 X3 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş materiallarından və işin faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 xx.xx.2020-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş, həmin dövrdə tibbi maskadan istifadə etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun həmin inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportla, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla və məhkəmə iclasında dindirilmiş şahid izahatı ilə təsdiq edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində tərtib Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X3 barəsində tərtib edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar