Məhkəmə qərarları › İş №3(044)-153/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-153/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-153/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X4, Tələbkar Rəsulova (Salmanova) Rövşanə Rövşən qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X5 iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(043)- 1755/2019 saylı icra sənədinə əsasən 08.04.2015-ci il təvəllüdlü X2 və 16.05.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üşçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Rəsulova (Salmanova) Rövşanə Rövşən qızına ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borc məbləğinin ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 oğlu bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(043)-1755/2019 saylı icra sənədinin icrası ona tapşırılmışdır. İcra sənədi qanuna müvafiq olaraq icraata qəbul edilmiş və icraata başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri izah edilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Şəxs adına heç bir əmlak mövcud deyildir. Bu səbəbdən də borclu Şəxs barəsində 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırda borclu Şəxs oğlunun aliment borcu 3000 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. Borclu Şəxs aliment borcundan hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclas zalında borclu Şəxs aliment borcundan 100 manat ödəniş etdi. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Rəsulova (Salmanova) Rövşanə Rövşən qızı bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcunu ödəmir, hər ay 100 manat ödəyəcəyini bildirir, lakin həmin pulu da ödəmir. Məhkəmə iclas zalında borclu Şəxs aliment borcundan 100 manat ödəniş etdi. Məhkəmədən borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, Rəsulova (Salmanova) Rövşanə Rövşən qızına verilməsi qət edilmişdir. Hazırda onun aliment borcu vardır. Aliment borcundan hər ay 100 manat ödəyə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Şəxs vəkili X8 bildirdi ki, borclu Şəxs aliment borcundan 100 manat hazırda ödəniş etdi və gələcəkdə də ödənişlər edəcəkdir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilin və icra məmurunun ifadəsini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(043)-1755/2019 saylı icra sənədinə əsasən 08.04.2015-ci il təvəllüdlü X2 və 16.05.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üşçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Rəsulova (Salmanova) Rövşanə Rövşən qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlamaq haqqında” 01 oktyabr 2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(043)-1755/2019 saylı icra sənədi icraata qəbul edilmiş və icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti borclu Şəxs təqdim edilmiş, xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası ilə əlaqədar Şəxs izahat alınmışdır. İş materiallarına əlavə edilmiş 02 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08226 saylı vəsiqənin surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. X1 məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini, icra sənədi üzrə ödəniş etməsini nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati cərimə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar