Məhkəmə qərarları › İş №3(044)-155/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-155/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-155/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 "xxxx" MMC-də 2020-ci ilin iyun ayından sürücü vəzifəsində işləyir. “X9” markalı, ** JE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın şirkət tərəfindən 2020-ci ildən ona yol vərəqəsinə əsasən təhkim edilmişdir. Onun işi avtomobilin ehtiyat hissələrini şəhər və rayonlararası daşımaqdan ibarətdir. 07 yanvar 2022-ci il tarixdə şirkət tərəfindən ona təhkim olunan avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən svetafor yaşıl rəngdə yanmış və o, həmin yolu keçərkən qarşısına piyada keçidində avtobusdan düşən insanlar çıxmışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq piyada keçidinin üstündə dayanmış, insanların keçməyini gözləmiş, insanlar keçdikdən sonra yoluna davam etmişdir. Halbuki, svetafor yaşıl rəngdə olmuş və insanlar piyada keçidini gözləməli olduğu halda bunu etməmiş və nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməklə 3 balla qiymətləndirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilir. Göründüyü kimi, qanunda xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməli olduğu halda qeyd edilməmişdir. Bundan əlavə şəhər təhlükəsizlik video müşahidə kamerasında svetaforun hansı rəngdə yanması aydın şəkildə görsənmir. Ona görə də, həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə ona göstərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına ümumi istifadədə olan yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma, xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 qadağanedici işarəsi verilən zaman hərəkət zolağının üzərinə çıxmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Mesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar