Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-156/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X7 X4 nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı Azərbaycan Respublikası Dövlət X7 X3 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin vaxtında və tam yerinə yetirilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X7 X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X7 X4 nümayəndəsi X2 izahat verərək bildirdi ki, “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişə əməl etməmişdir. Hazırda Şəxs ödəniş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, Gəncə şəhər “Altenzo” təkər təmiri obyektinin sahibkarıdır. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin o, xx.xx.2020-ci il tarixdə 107 manat və 25 manat pul ödəmişdir. Qeyd edilənləri əsas gətirib barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız hesab edib inzibati xəta haqqında başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, Şəxs tərəfindən verilmiş qəbzləri nəzərdən keçirib, Azərbaycan Respublikası Dövlət X7 X4 nümayəndəsinin və Şəxs izahatını dinləyib hesab edir ki, “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin vaxtında və tam yerinə yetirilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X7 X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs 107 manat və 25 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Məhkəmə hesab edir ki, “Altenzo” təkər təmiri obyektinin sahibkarı Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-156/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-156/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver