Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-158/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati protokol tərtib olunan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı saylı Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirilməməsi əməlini törətməkdə təqsirləndirildiyindən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəələsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarıdır. O, аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi tam şəkildə yerinə yetirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə nəticəyə gəlir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı İftixari X2 Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs inzibati xətanı xx.xx.2020-ci il tarixdə törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun üzərində yayılmadığı reklamlarla bağlı 5 gün müddətində müvafiq icazə alınması üçün müraciət etməyi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 172 saylı aktdan görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonu açıq məkanda reklam yerləşdirilməsinə iczaə verilməsi və bu sahəsində nəzarətin həyata keçirilməsi tələblərini pozmaqla reklamları yayımlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 343 saylı aktdan görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonu açıq məkanda reklam yerləşdirilməsinə iczaə verilməsi və bu sahəsində nəzarətin həyata keçirilməsi tələblərini pozmaqla reklarmları yayımlamaqda davam edir. İş materiallarında olan Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərədə tutulmuş müddət başa çatdığından Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yerləşən «Aliyə» Gözəlik salonunun sahibkarı İftixari X2 məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 115, 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-158/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-158/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver