Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-159/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, Təbriz küçəsində yerləşən «Laləli Çörək» obyektinin sahibkarı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24.12.2020-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən «Laləli Çörək» obyektinin sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirilməməsi əməlini törətməkdə təqsirləndirildiyindən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən «Laləli Çörək» obyektinin sahibkarı Şəxs аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin reklam idarəsi Şəxs ilə razılaşmış, Şəxs 2020-ci il üçün ödəniş etmiş, 2021-ci il üçün müqavilə bağlamışdır. Şəxs reklam idarəsinin yazılı göstərişini müəyyən olunmuş müddət ərzində icra etməsə də, sonradan işə məhkəmədə baxıldığı dövrdə yazılı göstərişin tələblərini tamamilə icra etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən «Laləli Çörək» obyektinin sahibkarıdır. O, аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi tam şəkildə yerinə yetirmişdir. O, hazırda 2020-ci il üçün reklama aid vergi borcunu tam ödəmiş, eyni zamanda 2021-ci il üçün reklam idarəsi ilə müqavilə bağlamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş sənədləri nəzərdən keçirib, həmçinin Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, «Laləli Çörək» obyektinin sahibkarı Şəxs ilə X5 İdarəsi arasında razılıq əldə edilmiş, Şəxs 2020-ci il üçün reklama aid vergi borcunu tam ödəmiş, 2021-ci il üçün reklam idarəsi ilə müqavilə bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-159/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-159/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver