Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-160/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş X3 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1796/2015, 2(044)-3082/20 saylı 27.10.20-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs aylıq 9140 manat məbləğində aliment tutularaq tələbkar X8 ödənilməlidir. İcra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin, o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclunun hazırda 8880 manat aliment borcu qalmaqdadır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə Şəxs yenidən İdarəyə dəvət edilmiş, qalıq borcunu tam şəkildə ödəməsi tələb edilmiş, lakin o, izahatında alimentini tam şəkildə ödədiyini və borcu olmadığını bildirmişdir. Həmçinin borclu məhkəmə qərarı olmadan uşağın birini tələbkardan alaraq öz yanında saxlayır. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, xx xxxxxx 2019-cu il tarixədək o, tələbkarla birgə yaşamışdır. Sonuncu dəfə aliment ödəmədiyi üçün 500 manat cərimə olunmuşdur. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Uşağın biri onun yanında qalır, ona görə alimenti ödəyə bilmir. Əməlindən peşmandır. Məhkəmə tərəfindən ona vaxt verilməsini, vaxt verildiyi təqdirdə borcundan 500 manat ödəniş edəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X12 izahatında bildirdi ki, 5 ildir o, borclu Şəxs şans vermişdir. Borclu uşağın birini götürmüş, uşaq onda qalmaq bəhanəsiylə alimentdən yayınmışdır. O, borcludan uşağını və qalan aliment borcunu tələb edir. Son 1 ilə qədər borclu təxminən 4000 manat aliment ödəmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Borclu uşaqların hazırlığına köməklik etmiş, həmin pulu çıxıb qalan aliment pulunu ödəməsini tələb edir. Bir həftə ərzində borcunu ödəyəcəyi təqdirdə məhkəmə tərəfindən ona vaxt verilməsinə razılıq vermiş, lakin borclu ödəniş etməmişdir. O, borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-3082/2020 saylı icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxili 2(044)-1796/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 münasibətdə artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 xeyrinə ödənilsin. X13 ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat cavadeh Şəxs tutularaq dövlət mədaxilinə keçirilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1796/15 saylı icra vərəqəsindən görünür ki, boşanmadan sonra xx xxxxxxxx 2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X14 anaları X9 yanında saxlanılsın. xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxx 2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün ümumilikdə 180 manat miqdarında aliment alınaraq iddiaçı X8 verilsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq 7 faiz icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs xx.xx.2020-ci il tarixdə, saat 10:00da şəxsiyyət vəsiqəsini təqdim etməklə Gəncə şəhəri İcra İdarəsində olmağı tələb olunmuş, həmin tarixdə çağırışa gəlmədiyi təqdirdə onun barəsində İcra haqqında Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən məcburi gətirilmə haqqında və İcra haqqında Azərbaycan Respublikası qanunun 84.1.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad verilməsi üçün məhkəməyə təqdimat verilməsi, həmçinin barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib 5xx xxxxxxxx 1000 manatadək cərimə və ya 1 ay müddətinə həbs oluna biləcəyi barədə məlumat verilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Cinayət məsuliyyətinə cəlb olunması haqqında Xəbərdarlıq” məktublarından görünür ki, borclu Şəxs nəzərinə çatdırılaraq, ondan Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda onun Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı tədbirlər görüləcəyi bildirilmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci tarixli izahatlarında onun xx.xx.2015ci il tarixli 2(044)-1796/2015 saylı icra vərəqəsinə əsasən heç bir aliment borcu olmadığını bildirmişdir. Borclu Şəxs xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2015-ci il tarixli 2(044)-1796/2015 saylı icra vərəqəsinə əsasən aliment borcu olmadığını xx.xx.2020-ci il tarixli 2(044)-3082/2020 saylı icra vərəqəsinə əsasən isə ödəniş etmədiyini bildirmişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydası müəyyən edilmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati məsuliyyətə səbəb olan məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi əməlini cinayət məsuliyyətinə səbəb olan məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlindən fərqləndirən başlıca əlamət sonuncunun “qərəzli olaraq” törədilməsidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs əməlində məhkəmə qərarının qərəzli olaraq icra edilməməsini göstərən əlamətlər mövcuddur. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1796/2015 və xx.xx.2020-ci il tarixli 2(044)- 3082/2020 saylı icra vərəqələrinə icra olunması ilə bağlı borclu Şəxs bildiriş və dəfələrlə xəbərdarlıqlar verilməsinə baxmayaraq, borclu məhkəmə qərarında nəzərdə tutulmuş tələbi (aliment öhdəliyini) həmin qərarda müəyyən edilmiş müddət ərzində icra etməmişdir. İcra məmuru tərəfindən borcluya icra sənədinin icra olunması ilə bağlı icra sənədinin icra edilməməsi halında cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona xəbərdarlıqlar olunmuş, buna baxmayaraq, borclu icra sənədinin icra olunması ilə bağlı heç bir tədbir görməmiş, aliment borcundan bugünədək hər hansı ödəniş etməmiş, icra sənədinin icrasına laqeyd yanaşmışdır. Qeyd olunan hallar, borclunun məhkəmə qərarını qərəzli olaraq icra etməməsini, onun inzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalmasını, bu inzibati tənbehin borcluya tərbiyəedici, xəbərdaredici təsirinin olmadığını sübut edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Qərarındakı mövqeyinə görə, şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi halında o, İXM-nin 528.1-ci maddəsi ilə yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qərəzli olaraq icra etməməsi halı müəyyən olunduğuna görə onun əməlində inzibati xəta tərkibi yoxdur və o, İXM-nin 528.1ci maddəsi ilə yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-160/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-160/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver