Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-17/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli 2(044)-1642/2019 saylı icra sənədinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli 2(044)-6048/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 15.08.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borc məbləğinin ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X3 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli 2(044)-1642/2019 saylı icra sənədinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli 2(044)-6048/2016 saylı icra sənədinin icrası ona tapşırılmışdır. İcra sənədi qanuna müvafiq olaraq icraata qəbul edilmiş və icraata başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri izah edilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Şəxs adına heç bir əmlak mövcud deyildir. Bu səbəbdən də borclu Şəxs barəsində 07 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırda borclu Şəxs aliment borcu 1930 manat təşkil edir. Borclu Şəxs izahatı alınmış, aliment borcunu işləmədiyi və ikinci ailəsindən himayəsində iki az yaşlı uşağı olduğu üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli 2(044)-1642/2019 saylı icra sənədinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli 2(044)-6048/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 15.08.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, alimentlə bağlı olan borcu ödəməyəcəyini bildirərək, 15.08.2005-ci il təvəllüdlü X1 atası olmadığını iddia etdi. Hazırda ikinci həyat yoldaşı iki az yaşlı uşağını ataraq evdən çıxıb getmişdir. Uşaqlara baxmaqda ona heç kim köməklik etmir. Hal-hazırda himayəsində iki az yaşlı uşaq olduğundan o, heç bir yerdə işləyə bilmir. Bu səbəbdən də aliment borcunu ödəmək imkanı olmadığını bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Şəxs vəkili Vəkil bildirdi ki, borclu Şəxs aliment borcundan hazırda işi olmadığı üçün ödəniş edə bilmir. Gələcəkdə ödənişlər edəcəkdir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, vəkilin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli 2(044)-1642/2019 saylı icra sənədinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli 2(044)-6048/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 15.08.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlamaq haqqında” 05.06.2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli 2(044)-1642/2019 saylı icra sənədi icraata qəbul edilmiş və icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti borclu Şəxs təqdim edilmiş, xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası ilə əlaqədar Şəxs izahat alınmışdır. İş materiallarına əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməməsinə, hüquq və mənafelərinə ziyan vurulmaması məqsədi ilə, işin digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Məhkəmə borclu Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-17/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-17/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver