Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-174/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Prokurorluğu tərəfindən xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:25 radələrində Gəncə şəhəri, Ağa Neymətulla küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində sürücü xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri N.Nərimanov prospekti ev 423-də yaşayan Şəxs idarə etdiyi "X9” minik markalı **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sürücü xx.xx.1964-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6-nın ətrafında yaşayan X3 idarə etdiyi "VAZ-2106 minik" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "VAZ-2106 minik" markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək Şəhriyar küçəsində yolun kənarında olan 1 ədəd ağaca çırpılmaqla, Akif Heydərov döş qəfəsinin qapalı zədələnməsi və həmin avtomobildə olan sərnişin xx.xx.1971-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6-nın ətrafında yaşayan X4 döş qəfəsinin qapalı zədələnməsi. sağ diz qapağının sıyrılmış yarası ilə Gəncə şəhər TTYX-na müraciət etmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barəsində Şəxs, X5, X2 və Gəncə şəhər Prokurorluğuna məlumat verilməsinə baxmayaraq, Şəxs, X5, X4 məhkəmə iclasında iştirak etməmiş, Gəncə şəhər Prokurorluğu isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati xəta haqqında işə Şəxs, X3, X1 və Gəncə şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(044)-186/2021 saylı qərarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:25 radələrində Gəncə şəhəri, Ağa Neymətulla küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırki materialda olan eyni inzibati xəta haqqında Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(044)-186/2021 saylı qərarı ilə inzibati cərimə edilmiş, həmin qərar ləğv edilməmiş, eyni hadisə ilə əlaqədar onun barəsində yenidən inzibati qərar qəbul oluna bilməz, buna görə də inzibati icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-174/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-174/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver