Məhkəmə qərarları › İş №3(044)-174/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-174/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-174/2022 05.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İslam oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İslam oğlunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 8-ci küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru (probasiya üzrə) X2 bildirdi ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 3(044)-201/2020 saylı qərarı ilə barəsində təyin edilmiş 160 saat ictimai işlər çəzasını çəkməkdən qərəzli olaraq yayınmışdır. Bununla əlaqədar Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, cəzasının inzibati həbslə əvəz olunacağı barədə bildiriş verilmiş, lakin o, şöbəyə gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs Gəncə şəhər Probasiya Şöbəsinə məcburi qaydada gətirilmişdir. Şəxs inzibati tənbehin çəkilməsindən boyun qaçırdığından barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, qərəzli olaraq işləməyəcək, yəni ictimai işlər cəzasını çəkmək istəmir və cəzasının inzibati həbslə əvəz edilməsinə etiraz etmir. Sonda o, onun barəsində tərtib edilmiş protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili Vəkil Şəxs barəsində tərtib edilmiş protokolun təmin olunmamasını xahiş etdi. İş materiallarında olan 05 iyun 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraata başlanılmış, Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 7(044)-36/2021 saylı qərarına əsasən Şəxs Gəncə şəhər Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 15 fevral 2021-ci il tarixli məktubundan görünür ki, ictimai işlərə cəlb edilmiş Şəxs işə çıxmamışdır. İş materiallarında olan 05 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan bildiriş və xəbərdarlıqlardan görünür ki, icra məmuru tərəfindən Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduğuna görə məsuliyyət daşıyacağı barədə dəfərlərlə rəsmi xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, vəkili və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 529-cü maddəsinin qeydinə əsasən 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması, beləliklə də İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 154.9-cu maddəsinə əsasən işəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir. - 154.10-cu maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. - 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İşin faktiki hallarından göründüyü kimi Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamış və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmşdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar