Məhkəmə qərarları › İş №3(044)-175/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-175/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-175/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Prokurorluğu tərəfindən xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:30-da Şəxs idarə etdiyi “X6” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri Nizami rayonu, M.Ş.Vazeh küçəsi ilə düzünə Göygöl rayonu istiqamətdə hərəkətdə olarkənhəmin küçə ilə sola manevr edən zaman sürücü X1 idarə etdiyi VAZ 21074 minik markalı ** BG *** d.q.n.n-lı avtomobililə toqquşmuş, nəticədə sonuncu avtomobldə sərnişin 1994-cü il təvəllüdlü X2 bədən xəsarətləri alaraq Gəncə şəhəri 3 saylı TTYX-na müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında göstərdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair onun əməlinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barəsində zərərçəkmiş şəxsə və Gəncə şəhər Prokurorluğuna məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Prokurorluğu nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə Gəncə şəhər Prokurorluğunun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(044)-138/2021 saylı qərarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri Nizami rayonu, M.Ş.Vazeh küçəsi ilə düzünə Göygöl rayonu istiqamətdə hərəkətdə olarkənhəmin küçə ilə sola manevr edən zaman baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırki materialda olan eyni inzibati xəta haqqında Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(044)-138/2021 saylı qərarı ilə inzibati qaydada cərimə edilmiş, həmin qərar ləğv edilməmiş, eyni hadisə ilə əlaqədar onun barəsində yenidən inzibati qərar qəbul oluna bilməz, buna görə də inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar