Məhkəmə qərarları › İş №3(044)-178/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-178/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-178/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X1 iştirakları ilə, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin Polkovnik X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarı onunla əsaslandırmışdır ki, texniki səbəblərdən ona məxsus icazə sənədləri portalda qeydiyyata alınmadığından onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona protokol tərtib ediləndə onun xəbəri olmuşdur ki, sənədləri texniki səbəblərdən portaldan qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizənin məzmununa uyğun izahat verərək, fərdi sahibkarlıqla məşğul olduğunu və 2013-cü ildən vergi ödəyicisi olduğunu bildirərək izahatında göstərdi ki, əgər o bilsə idi ki, ona elektron qaydada icazə verilməyib o avtomobillə yük daşımazdı.Həmişə onun icazəsi olmuş, bu dəfə isə icazənin verilməməsinə səbəb portalda olan texniki problemlər olmuşdur. Odur ki, məhkəmədən şikayətin təmin edilərək iş üzrə Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin Polkovnik X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxti və yeri qaydada lazımi qaydada xəbardar edilmiş Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, şikayət vermiş şəxzsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında elan edilmiş və şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X5 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, İXM-nin 211.1-ci maddində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışının dayandırılması qərara alınmışdır. Göründüyü kimi Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Qərarla hərəkətinə icazə verilmiş şəxslərdən başqa digər şəxslərin hərəkətlərinə məhdudiyyət qoyulmasına baxmayaraq X4 şəhərinə giriş-çıxış üçün icazəsi olmadığı halda Gəncə şəhərinə daxil olmuş və bununla da Nazirlər Kabinetinin qərarında göstərilmiş tələbləri pozmuşdur ki, bu da nəticədə AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə gətirib çıxarmışdır. Özü izahatında əvvəllər icazəsinin olmasını bildirsə də sonradan icazə alması ilə bağlı texniki problərin yaranmasını özü də izahatında və şikayətində etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir”. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər–bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir. Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir: - olduğu kənd daxilində - sərbəst qaydada; - olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə); - rayonlar arasında - mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra–EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə); - Bakı-Sumqayıt şəhərləri–rayon arasında–Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə). Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar