Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-18/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X5 tərəfindən tərtib olunmuş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı verdiyi şikayət ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X5 tərəfindən tərtib edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 ərizə təqdim edərək, şikayətinə baxılmadan sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində şəxsin özü və ya müdafiəçisi tərəfindən verilmiş şikayətdən imtina etməsi institutu nəzərdə tutulmamış, oxşar münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prossesual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq maddəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyi rəhbər tutaraq eyni münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müddəalarına istinad edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 91.5.33-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X4 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən imtinası qanunvericiliyin tələblərinə uyğundur və şikayətdən imtinanın qəbul edilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən imtinası qəbul edilsin. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X2na geri qaytarılsın. Sədrlik edən: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-18/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-18/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver