Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-180/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi Xaliq Məmmədovun xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhər Nizami Rayon polis İdarəsinin sahə rəisi Xaliq Məmmədovun tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saat 11 radələrində Yeni Gəncə qəsəbəsində yerləşən “Bizim market” mağazası ilə futbol meydançası arasında olan yol kənarında dayanaraq, tibbi maskanı çənə nahiyəsinə aşağı salıb siqaret çəkərkən yoldan keçən post-patrul polis maşını yanında əyləmişdir. O, düşünmüşdür ki, SMS icazənin olub-olmamasını yoxlayır və bu məqsədlə şəxsiyyət vəsiqəsini yoxlanılması üçün təqdim etmək istəmişdir. Lakin polis nəfəri ona demişdir ki, “Maskaya görə səni saxlamışıq, düzgün istifadə etmirsən”. O, siqaret çəkdiyini, buna görə maskanı aşağı elədiyini, oranın ictimai obyekt olmadığını və bu ərazidə siqaret çəkməyə qadağa nişanı olmadığını bildirmişdir. Qoruyucu tibbi maskanı siqaret çəkdiyi üçün aşağı salmışdı. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx xxxxxx 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını dinləyərək, şikayətini, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi X2 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən o, siqaret çəkdiyi üçün qoruyucu tibbi maskanı çənə nahiyəsinə endirmişdir. İşin faktiki hallarından göründüyü kimi, X2 əməlində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması” inzibati xətasının tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X2 barəsində Gəncə şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-180/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-180/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver