Məhkəmə qərarları › İş №3(044)-181/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-181/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-181/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati protokol tərtib olunan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının sahibkarı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının sahibkarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirilməməsi əməlini törətməkdə təqsirləndirildiyindən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının sahibkarı Şəxs аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məlum olmuşdur ki, Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının sahibkarı Şəxs regional idarədə reklam yayımlamaq ilə əlaqədar qeydiyyatdan keçmiş və reklam yayım haqqını tam ödəmiş və hal-hazırda borcu yoxdur. Ona görə də həmin şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının sahibkarıdır. O, аçıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi tam şəkildə yerinə yetirmişdir. Regional idarədə reklam yayımlamaq ilə əlaqədar qeydiyyatdan keçmiş və reklam yayım haqqını tam ödəmiş və hal-hazırda borcu yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş sənədləri nəzərdən keçirib, həmçinin Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri, G.Rəfibəyli və Təbriz küçələrinin kəsişməsi ünvanında yerləşən «Evim Şəhanə» mebel mağazasının satışı obyektinin sahibkarı Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə X5 İdarəsinin hesabına borcunu KapitalBankı vasitəsilə tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar