Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-192/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2018-ci il və 2019-cu il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 328.3-cü və 328.4-cü maddələri ilə tərtib edilmiş 97 elektron Qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən ona 2018-ci il ildə idarə etdiyi O170KE 799 Dövlət Qeydiyyatlı minik avtomobilinə və 2019-cu ildə idarə etdiyi O764HB799 Dövlət Qeydiyyatlı minik avtomobilinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 328.3-cü və 328.4-cü maddələri ilə tərtib edilmiş İXM İnzibati tənbeh haqqında 97 elektron Qərarlarının və ümumilikdə hesablanmış 7245 manat cərimənin ləğv etməklə, inzibati xəta haaqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Çünki iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs tərəfindən şikayət imzalanmadan məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxs şikayəti imzalamadığı halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Beləliklə hesab edirəm ki, X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2018-ci il və 2019-cu il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 328.3-cü və 328.4-cü maddələri ilə tərtib edilmiş 97 elektron Qərarından verilmiş şikayət imzalanmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 118 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2018-ci il və 2019-cu il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 328.3-cü və 328.4-cü maddələri ilə tərtib edilmiş 97 elektron Qərarından verilmiş şikayətə geri qaytarılsın. Şikayət vermiş şəxsə göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-192/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-192/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver