Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-198/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xocalı rayonunun Kərkicahan qəsəbəsində qeydiyyatda olan, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 143-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)- 3075/2018 saylı icra sənədinə əsasən Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, o, borcunu ödəməmişdir və hal-hazırda onun X3 ödənilməmiş 1795 manat borcu qalmaqdadır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3075/2018 saylı icra sənədinə əsasən Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs müxtəlif vaxtlarda aliment borcundan ödəniş etsə də, həmin borcunu tam şəkildə ödəməmişdir. Hal-hazırda Şəxs 1795 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan borcunu tam şəkildə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs aliment borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3075/2018 saylı icra sənədinə əsasən ondan xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən ona tələbi könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. O, tələbin könüllü icra edilməsi üçün bildirişi aldıqdan sonra, borcundan xx xxxxxx 2021-ci il tarixdə 150 manat aliment ödəmişdir. Lakin o, üzürlü səbəblərlə əlaqədar borcunun qalan hissəsini, yəni 1795 manat hissəsini ödəyə bilməmişdir. Belə ki, onun maddi vəziyyəti ağır olduğundan, həmçinin heç bir yerdə işləmədiyindən aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. O, borcunu ödəməkdən heç vaxt imtina etməmişdir. Əgər borcunu qərəzli olaraq ödəməkdən imtina etmək fikri olsa idi, sonuncu dəfə borcundan heç 150 manat məbləğində ödənişi də etməzdi. Söz verir ki, borcunun qalan ödənilməmiş 1795 manat hissəsini də çox qısa müddətdə, təxminən on gün ərzində ödəyəcək. Borcunun ödənilməmiş hissəsini üzürlü olaraq, yəni maddi vəziyyəti ağır olduğundan, heç bir yerdə işləmədiyindən və qısa müddətdə, təxminən on gün ərzində borcunun qalan hissəsini ödəyəcəyinə söz verdiyindən qeyd edilən halların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3075/2018 saylı icra sənədinə əsasən Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs müxtəlif vaxtlarda aliment borcundan ödənişlər etmiş, sonuncu dəfə isə xx xxxxxx 2021-ci il tarixdə 150 manat məbləğində aliment ödəmişdir, lakin qalan 1795 manat hissəsini ödəməmişdir. Şəxs aliment borcunu tam şəkildə ödəyə bilməməsinin səbəbi maddi vəziyyətinin ağır olması, heç bir yerdə işləməməsi ilə əlaqədar olmuşdur, yəni üzürlü səbəblərlə əlaqədar olaraq Şəxs aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3075/2018 saylı icra sənədinin surətindən müəyyən olunur ki, məhkəmə qətnaməsinə əsasən Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” xx xxxx 2018-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3075/2018 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Xəbərdarlıq” məktubundan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi olaraq xəbərdarlıq məktubu təqdim edilmiş və o, həmin xəbərdarlıq məktubunu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 təqdim etdiyi ərizədə Şəxs alimenti üzürlü səbəblərlə əlaqədar olaraq ödəyə bilmədiyini, onun Şəxs qarşı heç bir şikayətinin olmadığını və Şəxs barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə borcundan sonuncu dəfə 150 manat ödəniş etmiş, borcunun ödənilməmiş 1795 manat hissəsi qalmışdır. İnzibati xəta haqqında işin materiallarından görünür ki, borclu Şəxs işləmir, həmçinin ona məxsus bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, eyni zamanda proses iştirakçılarının izahatlarını dinləyərək, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun qalan hissəsi üzrə ödəniş etməməsinin məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə əlaqədar olmadığını qeyd edir. Belə ki, işin halları üzrə müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə borcunun müəyyən hissəsini (150 manat) ödəmiş, borcunun qalan hissəsini (1795 manat) isə ödəməkdən imtina etmir, hal-hazırda işləmədiyindən və maddi imkanı olmadığından qısa müddətdə, təxminən on gün müddətində ödəyəcəyinə söz verir. Göründüyü kimi, Şəxs əməlində icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi və yaxud əməlin qərəzli törədilməsi müəyyən edilməmişdir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-198/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-198/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver