Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-2/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, 05.08.2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2839/2016 saylı 22.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 13290 manat tutularaq X1 ödənilməlidir. İş üzrə məhkəmə iclası 05.08.2020-ci il tarixə, saat 15:00-yə təyin edilmiş, həmin məhkəmə iclasında borclu Şəxs borcu ödəmək üçün vaxt istəmiş məhkəmə iclası 20.08.2020-ci il tarixə, saat 15:00-a təxirə salınmışdır. Həmin məhkəmə iclasına Şəxs gəlmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 3(044)-327/2020 saylı qərardadına əsasən onun 04.09.2020-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin o, məhkəmə iclasına gəlmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli, 3(044)-327/2020 saylı qərardadına əsasən Şəxs 30.09.2020-ci il tarixə, saat 15:00-a, 26.10.2020-ci il tarixə, saat 15:00-a, 20.11.2020-ci il tarixə saat 10:15-ə təyin edilmiş məhkəmə iclaslarına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin Şəxs həmin məhkəmə iclaslarına da gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 3(044)-327/2020 saylı qərardadına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından onun barəsində axarış elan edilib məhkəmə iclasında iştirakı təmin edilənədək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi 06.05.2019-cu il tarixdən 1 ildən artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli, 3(044)-2/2022 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni 05.08.2020-ci il tarixindən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində 05.08.2020-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-2/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-2/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver