Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-200/2021 29.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Səməd Vurğun küçəsində saat 19:45 radələrində tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən Nizami RPİ-nə dəvət edilərkən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Səməd Vurğun küçəsində saat 19:45 radələrində tibbi maskadan istifadə etməməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı Şəxs tibbi maskadan istifadə etmədiyi üçün barəsində protokol tərtib olunması üçün idarəyə dəvət edərkən sonuncu polisin qanuni tələbinə tabe olmayaraq mübahisə etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları Şəxs Nizami RPİ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İdarədə Şəxs İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə tanışları Ruslan və Telman ilə birlikdə olan zaman Səməd Vurğun küçəsində saat 19:45 radələrində tibbi maskadan istifadə etmədikləri üçün polis əməkdaşları onları saxlamış və protokol tərtib edilməsi üçün polis idarəsinə dəvət etmilər. Bu zaman onlar polis əməkdaşları ilə mübahisə etmiş və polisin tələbinə tabe olmamışlar. Daha sonra polis əməkdaşları onları Nizami RPİ-yə gətirmişlər. Sonda o, əməlindən peşman olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, gələcəkdə bir də belə xəta törətməyəcəyini bildirərək məhkəmədən ona yüngül inzabati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytnantı Zaur Hacıyev bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:45 radələrində Nizami RPİ-nin inzibati ərazisində CAŞ-ın əməliyyat müvəkkili polis kapitanı X3, CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı X6, CAŞ-ın kiçik inspektoru polis nəfəri polis serjantı X7 ilə birlikdə xidmət aparan zaman Gəncə şəhəri S.Vurğun küçəsində adı onlara sonradan məlum olan Şəxs, X8 və X1 yaxınlaşaraq özlərini təqdim edib, tibbi maskadan istifadə etmədiklərinə görə barələrində AR İXM-nin 211.2-ci maddəsinə uyğun olaraq 100 manatdan 200 manatadək inzibati qaydada cərimə olunacaqlarını izah edərkən, onlar ucadan səs-küy salıb öz narazılığını bildirərək, ətrafdan keçən şəxslərin diqqətini özlərini cəlb etmişlər. Həmin şəxlərin karantin rejimi qaydalarını pozduğuna görə idarəyə dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmayaraq gəlməkdən imtina etmişlər. Onlar həmin şəxləri Nizami RPİ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:45 radələrində Nizami RPİ-nin inzibati ərazisində CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı X10, CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı X6, CAŞ-ın kiçik inspektoru polis nəfəri polis serjantı X7 ilə birlikdə xidmət aparan zaman Gəncə şəhəri S.Vurğun küçəsində adı onlara sonradan məlum olan Şəxs, X8 və X1 yaxınlaşaraq özlərini təqdim edib, tibbi maskadan istifadə etmədiklərinə görə barələrində AR İXM-in 211.2-ci maddəsinə uyğun olaraq 100 manatdan 200 manatadək inzibati qaydada cərimə olunacaqlarını izah edərkən, onlar ucadan səs-küy salıb öz narazılığını bildirmişlər. Həmin şəxlərin karantin rejimi qaydalarını pozduğuna görə Nizami RPİnə dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmayaraq gəlməkdən imtina etmişlər. Onlar həmin şəxləri Nizami RPİ-nə gətirərək, növbəçi hissəyə təhvil vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis içisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ailəyə qazanc gətirən yeganə şəxs olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halları alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 20:00-dan inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində cərminin dörddə üçü həddində, yəni 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-200/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-200/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver