Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-203/2021 29.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhəri, Nizami RPİ-n İTB-nin sahə rəisi, polis polkovnik leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o Zərərçəkmiş şəxs və X1 üzərilərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin qərardadı ilə protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs X5 izahatında göstərdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs və X4 arasında baş vermiş mübahisəyə səbəb Mübarizin oğlunun mülkiyyətində olmuş evin hazırda bank tərəfindən Arzuya satılması, Arzunun mülkiyyətində hazırda olan həmin evin altındakı torpaq sahəsinə bitişik olan torpaq sahəsinin də Arzuya məxsus olması ilə bağlı yaranmış qeyri-müəyyənlik olmuşdur.Mübarizin həmin torpaq sahəsinə keçməsinə ayrıca giriş-çıxış yolu olmadığından o Arzuya məxsus evin divarından istifadə edərək həmin torpaq sahəsinə daxil olmuş, bu da narazılıqla nəticələnmişdir.Sonda protokol tərtib etmiş şəxs protokolda göstərilmiş xüsusatlara uyğun olaraq məhkəmədən qanuna müvafiq qərar qəbul qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs törətdiyi əməli qismən etiraf edərək izahatında göstərdi ki, onun 64 yaşı var. Arzunun yaşadığı ev əvvəllər onun oğlu tərəfindən ipoteka qaydasında yüklü edilmiş, oğlu bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ipoteka predmeti olan həmin əmlak Arzuya satılmışdır. Oğlu bank qarşısında götürdüyü öhdəliyi pozsa da bank Arzuya evi qaydalara uyğun satmayaraq qanunsuzluğa yol vermişdir. Belə ki, oğlu tərəfindən ipoteka predmeti olan ev Nikoyl banka girov qoyulmuş, Arzu da həmin bankda işləyərək qanunsuz şəkildə evi əldə etmişdir. Buna baxmayaraq onun bununla bağlı Arzuya hər hansı iradı yoxdur. Çünki bütün qanunsuzluqları bank etmişdi. O dəfələrlə Arzudan evindəki ona məxsus əşyaların çıxarılmasını və ona verilməsini istəsə də o buna məhəl qoymamışdır. Evin yanındakı torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsi olmaqla uzun illər həmin torpaq sahəsinə qulluq etmişdi. Buna baxmayaraq Arzu və Sevda tərəfindən həmin torpaq sahəsindən istifadəyə dəfələrlə maneələr yaradılmışdır. Əgər Arzu ona məxsus əşyaları qaytararsa o birdə onlar narahat etməyəcəkdi. Torpaq sahəsinə isə Arzunun hər hansı hüquqları mövcud deyildir. Odur ki, məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mübariz dəfələrlə onları narahat edir. Belə ki, onların hazırda yaşadıqları ev əvvəllər Mübarizin oğluna məxsus olmuş, onun oğlu həmin evi Nikoyl banka girov qoymuş, bank tərəfindən həmin ev ona satılmışdır.Ev alınanda həmin evdə müxtəlif əşyalar olmuşdur. O həmin əşyaların Mübarizə və onun oğluna aid olmasını bilsə də, o həmin əşyaları Mübarizə ona görə qaytarmamışdır ki, gələcəkdə bankın bununla bağlı ona qarşı tələbi olmasın. Hazırda isə o əşyaları Mübarizə qaytarmağa razıdır. Bundan başqa isə evin altındakı torpaq sahəsinə bitişik ayrıca torpaq sahəsi də vardır ki, Mübariz həmin torpaq sahəsinin sonuncuya məxsus olmasını bildirərək həmin torpaq sahəsinə giriş-yolu kimi ona məxsus evin divarlarından aşaraq istifadə edir ki, bu da aralarında narazılıq yaratmışdır. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki,o onların evinə gələrək, səs-küy salaraq evindəki əşyaların ona aid olmasını bildirmiş, o isə gəlib əşyaları götürməyi təklif etsə də, evin ona aid olmasını bildirmişdir.Həmin evdə o, əri və qızı yaşayır. Evdə sakit yaşaya bilmirlər. Mübariz dəfələrlə evə gələrək onları narahat etmiş, onların dincliklərini pozmuşdur.Gpöstərilənlərə əsasən məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi qismən etiraf edici izahatını,zərərçəkmiş şəxslərin izahatları ilə qarşılıqlı şəkiıdə tədqiq edərək, həmin izahatları iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək hesab edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə araşdırılması zamanı, o cümlədən zərərçəkmiş şəxslərin evlərinə quraşdırılmış video kameradan əldə edilmiş diskə baxış keçirilərkən də müəyyən edilmişdir ki, Şəxs oğluna məxsus və hazırda zərərçəkmiş şəxslərin yaşadıqları ev ipoteka qaydasında Yelo(Nikoyl)bankda yüklü edilmiş, həmin ev sonra bank tərəfindən Arzuya satılmış və Arzu həmin evə dair mülkiyyət hüququ əldə edərək onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarından göründüyü kimi Şəxs bir neçə nəfər şəxslərlə dəfələrlə Arzunun yaşadığı evə gələrək evdən əşyaları tələb etmiş, həmin evə bitişik torpaq sahəsinin ona aid olmasını bildirərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ , İİ və Vİİ-ci hissələrində təsbit edilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 72-ci maddəsində göstərilmişdir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi Şəxs əvvəllər oğlunun mülkiyyətində olmuş evdə qalan əşyaları dəfələrlə evin yeni mülkiyyətçisindən tələb etmiş, aralarında mülki hüquq mübahisəsi yarandığı halda qanununtələblərinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etməyərək digər şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməyərək dəfələrlə evin mülkiyyətçisini və onun ailə üzvlərini narahat etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, 64 yaşının olmasını nəzərə alaraq məhkəmə ona inzibati həbs növündə tənbeh görülməsini qanuna müvafiq hesab etmir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə tənbehinin verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə araşdırıması zamanı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi yuxarıda qeyd edilənlərə əsasən sübuta yetirilmiş və o həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd edilən Məcəllənin 25.8-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Qeyd nedilən Məcəllənin 150.4-cü maddəsinə əsasən inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. Adı çəkilən Məcəllənin 150.5-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən isə bu Məcəllənin 150.2ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2,25,34, 40, 43, 48-53, 61, 114,115, 117, 128-130, 150-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqirli bilinərək ona 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-203/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-203/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver