Məhkəmə qərarları › İş №3(044)-209/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-209/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-209/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, X6 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 12 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmaşdırma rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 01.03.2021-ci il tarixdə axşam saatlarında içkili halda əlində olan metal alət ilə Gəncə şəhəri Sərvan küçəsində X2 məxsus Toyota Prius markalı, boz qızılı metallik rəngli, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdlə bir neçə yerindən cızaraq 795 manat məbləğində ziyan vurmuş, X3 məxsus Mercedes E240 markalı, gümüşü metallik rəngli, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili metal alətlə qəsdlə bir neçə yerindən cızaraq 970 manat məbləğində ziyan vurmuş, Gəncə şəhəri S.Rəhimov küçəsi 9 saylı binanın qarşısında X1 məxsus Kia markalı,10-Z0-023 dövlət qeydiyyat nişanlı avtomobili qəsdlə bir neçə yerindən cızaraq 620 manat məbləğində ziyan vurmuş, X5 məxsus Hunday Tucson markalı, ağ rəngli, **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdlə bir neçə yerindən cızaraq 390 manat məbləğində ziyan vurmuş, X4 məxsus Hunday Elantra markalı, ağ rəngli, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdlə bir neçə yerindən cızaraq 900 manat məbləğində ziyan vurmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası CM-nin 186-ci maddəsində 5000 manat yuxarı ziyan dəyərsə məsuliyyətə səbəb olması qeyd edilmişdir. Buna görə də zərərçəkmişlər X2 795 manat, X7 970 manat və X1 isə 620 manat, X5 390 manat, X4 900 manat dəyərində ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından toplanmış material üzrə işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində AR İXM 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində AR İXM 232-1-ci maddəsi ilə tədbir görülməsi baxılması üçün qərarın surəti Gəncə şəhər Nizami RPİ-nin İTB-yə göndərilmişdir. - İnzibati xəta haqqında 09.03.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, 01.03.2021-ci il tarixdə gecə saatlarında vətəndaş X2 məxsus “Toyota Prius” markalı **-ZU-*** d.q.n.n-lı avtomobili cızaraq 795 manat maddi ziyan vurmuş, vətəndaş X3 məxsus Mersedes E240 markalı **-EF-*** d.q.n.n-lı avtomobili cızaraq 970 manat ziyan vurmuş, vətəndaş X1 məxsus “Kia” markalı 10-Z0-023 d.q.n.n-lı avtomobili cızaraq 620 manat ziyan vurmuş, vətəndaş X5 məxsus Hunday Tucson markalı **-UO-*** d.q.n.nlı avtomobili cızaraq 390 manat maddi ziyan vurmuş və vətəndaş X4 məxsus Hunday Elantra markalı **-UB-*** d.q.n.n-lı avtomobili cızaraq 900 manat maddi ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 12.05.2021-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. - 10.03.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni 01.03.2021-ci il tarixindən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 38, 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində 09 mart 2022-ci il tarixli MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar