Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-21/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən X2, tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-734/2020 saylı, 06.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 6000 ABŞ dollar məbləğində pul vəsaiti və 30 manat rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1061/2021 saylı, 15.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu X1 qızıl-zinət əşyalarının, onların qətnamə icra olunan zaman nasturada alınması mümkün olmadıqda isə dəyəri 24931 manat və Şəxs qızıl-zinət əşyaları, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə 62000 manat alınaraq ələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-734/2020 saylı, 06.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmiş, bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədlərində göstərilən borclarından heç bir ödəniş etməyəcəyini bildirmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044) 1061/2021 saylı, 15.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmiş. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra snədində göstərilən borcundan heç bir ödəniş etməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerini yetirmir icra sənədi üzrə zəruri tədbirləri görülmüş və bununlada borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, tələbkar Zərərçəkmiş şəxs2 tələb etdiyi borcu tam şəkildə ödəmiş, onun sonuncuya heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs1 borcunu isə başqa şəxsə qarşı iddia qaldıraraq tələb etmişdir. Sonda o, barəsində tərtib olunan protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Mətanət ona olan borcunu ödəməmiş, o, ona olan borcun tam şəkildə ödənilməsini tələb edir əks halda onun həbs edilməsini istəyir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Mətanət ona olan borcunu ödəməmiş, o, ona olan borcun tam şəkildə ödənilməsini tələb edir əks halda cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 13.12.2021-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-734/20 saylı, 06.10.21 tarixli icra sənədinə əsasən 6000 ABŞ dolları tələbkar Zərərçəkmiş şəxs2 və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1061/21 saylı 25.03.21 tarixli icra sənədinə əsasən 62000 manat məbləğində pul borclu Şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. - 06.10.2020-ci il tarixli 2(044)-734/2020 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 oğlunun cavabdeh Şəxs qızına qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh Şəxs qətnamə icra olunan günə manat məzənnəsi üzrə hesablanmaqla 6000 ABŞ dolları pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. - 15.03.2021-ci il tarixli 2(044)-1061/2021 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər X3, Şəxs və X5 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehlər X1 qızıl-zinət əşyaları, yəni 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 36 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, bir ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931(iyirmi dörd min doqquz yüz otuz bir) manat və Şəxs qızıl-zinət əşyaları, yəni 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ay-ulduz saat, 1 ədəd baxçasaray dəst, 1 ədəd yakır sırğa,1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1-ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük, 1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəfi paxlava safir üzük, üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman, naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 (altmış iki min) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. - 10.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X4 10.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(044)-734/2020 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - 07.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X4 07.05.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(044)-1061/2021 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - 10.12.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 07.05.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - “Xəbərdarlıq” məktublarından görünür ki, borclu Şəxs nəzərinə çatdırılaraq, ondan Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda onun barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - Şəxs 13.12.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 2(044)-1061/21 saylı 15.03.2021-ci il tarixli icra vərəqəsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs1 62000 manat ödəməli bununla bağlı bildirmişdir ki, icra vərəqəsində göstərilən məbləği İradə xanımdan alıb Aybəniz ilə Elnarəyə 62000 manat dəyərində olan qızıl ziynət əşyalarını vermişdir. - Şəxs 13.12.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 2(044)-734/20 nömrəli 06.10.2020-ci il tarixli icra vərəqəsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs2 6000 ABŞ dolları pul vəsaiti ödəməlidir bununla bağlı bildirmişdir ki, icra vərəqəsində göstərilən 6000 ABŞ dolları ödəmiş və bu gündən sonra tələb olunan məbləği ödəməyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələr gətirərək üzrsüz səbəbdən qətnamələrin icrasından yayınmağa çalışır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-21/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-21/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver