Məhkəmə qərarları › İş №3(044)-211/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-211/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-211/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X8 oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Şəmkir rayon Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, onun barəsində Şəmkir rayon Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Çünki onun Samux rayon Baytarlıq idarəsindən arayışı olmasına baxmayaraq o, xidməti işi ilə əlaqədar Şəmkir rayonundan qayıdarkən Şəmkir postunda yol patrul xidməti əməkdaşı onun barəsində əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib etmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilmişdir. Buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Şəmkir rayon YPX inspektoru X6 məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə işə inzibati xəta haqqında qərarı qəbul etmiş Şəmkir rayon YPX inspektoru X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə o, 100 manat məbləğində cərimə olunmuşdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Samux rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 64 nömrəli arayışın surətindən görünür ki, həmin arayış X4 Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə Samux rayonu ərazisində baytarlıq fəaliyyətinin yerinə yetirilməsi üçün verilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Samux rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 78 nömrəli arayışın surətindən görünür ki, X1 rayon Baytarlıq idarəsində parazitoloq baytar həkim işləyir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi Namiq Xəlilov parazitoloq baytar həkim kimi rayonlar arasında hərəkətinə icazə verilməsi barədə olduğu rayonun yerli icra hakimiyyəti orqanının arayışını məhkəməyə təqdim etməmişdir. O, yalnız işlədiyi Samux rayon Baytarlıq idarəsi tərəfindən Samux rayonu ərazisində hərəkətinə icazə verilməsi barədə arayışı təqdim etmişdir. Halbuki “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 4 aprel tarixli 126 nömrəli Qərarının 4.2.3-cü bəndinə əsasən baytar həkimlərin rayonlar arasında hərəkətinə olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (hazırkı 211.1-ci maddəsi) dispozisiyasına əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Qeyd olunan normalardan göründüyü kimi Namiq Xəlilov xüsusi karantin rejimi dövründə lazımı qaydada icazəsi olmadan rayonlar arası hərəkət edərək karantin rejimini pozmuş, buna görə də Şəmkir rayon YPX inspektoru Elvin Nağıyev tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 100 manat cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti əsassız olduğu üçün təmin edilməməli və barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X5 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar