Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-213/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 26 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 26 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 26.02.2022-ci il tarixdə saat 11:48-də Gəncə şəhəri, Nizami küçəsində işlədiyi mağazanın qarşısında etibarnamə üzrə idarə etdiyi ona məxsus “BMW 528İ” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə yazılmışdır. O, avtomobilini parklanma ilə bağlı yol nişanı olan yerdə saxlamışdır. Lakin, buna baxmayaraq Gəncə şəhər X7 Şöbəsinin Yol patrul xidmətinin əməkdaşı qeyd olunan yol nişanına məhəl qoymadan barəsində protokol tərtib edərək, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. O, avtomobilini parklanma üçün nəzərdə tutulmuş yol nişanından sonra saxlamışdır. Ona görə də qeyd olunan cərimənin qanunsuz olduğunu hesab edir və inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus “BMW 528İ” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili parklanma nişanının altında saxlamasına baxmayaraq ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş DİN-nin DYP Web portalından çıxarışdan görünür ki, 26.02.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metr-dən az yaxınlıqda digər nəqliyyat vaitələrinin dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildiki, 26 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən məlumatlar iş materiallarında öz təsdiqini tapmamışdır, həmin qərarla müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi heç bir sübut növü ilə təsdiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Əksinə olaraq iş materiallarına əlavə edilmiş video-diskə baxış zamanı müəyyən edilmişdir ki, X3 “BMW 528İ” markalı nəqliyyat vasitəsini parklanma üçün müəyyən olunmuş yol nişanlarına uyğun olaraq saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, X2 şikayəti təmin edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 26 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 26 fevral 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-213/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-213/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver