Məhkəmə qərarları › İş №3(044)-214/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-214/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-214/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin polis kapitanı X6 tərəfindən tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Hyundai Elantra” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 atası X2 məxsusdur. 01.02.2022-ci il tarixdə sözügedən avtomobili o idarə edərək, atası ilə birlikdə şəhərdən geri evlərinə qayıdan zaman Gəncə şəhəri Bağbanlar küçəsi ilə Bayan küçəsinin kəsişməsində sağ istiqamətə dönərkən, dönmə işığını yandırsa da arxadan gələn avtomobil onun manevr etmə nişanına fikir vermədən, həmçinin yol hərəkəti qanunvericiliyində nəzərdə tutulmuş yol məsafəsini saxlamadan arxa sağ tərəfdən onun idarə etdiyi avtomobilə zərbə endirərək vurmuşdur. Qeyd olunan yol hərəkəti hadisəsi yaxınlıqda yerləşən qeyri-yaşayış sahəsinin mühafizə kamerasına düşmüş və bir sübut növü kimi həmin video görüntü məhkəməyə təqdim edilə bilər. Hadisə yerinə gələn yol polis əməkdaşları hadisəni tam və obyektiv araşdırmadan, onun atasına məxsus avtomobilin idarə edilməsi üçün etibarnamə olmamasını və əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrini pozduğunu qeyd edərək, barəsində inzibati xəta haqqında 01.02.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib etmişlər. Həmin protokol əsasında qəbul edilmiş 10 fevral 2022ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. O, həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, idarə etdiyi nəqliyyat vasitəsi atasına məxsusdur və yol hərəkəti hadisəsi baş verən zaman atası onunla birgə həmin avtomobildə olmuşdur. Lakin buna baxmayaraq, yol polis əməkdaşının sözügedən nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahibliyi olan şəxsin nəqliyyat vasitəsində olmaması və bu səbəbdən etibarnamə olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyi qənaətinə gəlməsi tamamilə əsassızdır. Digər tərəfdən sözügedən qərarda soldan sağa əks istiqamət zolağına çıxmadan manevr etməyi qeyd edilsə də, dönmə işığının yanması qərarda qeyd edilməmiş, arxadan idarə olunan avtomobilin hansı sürətlə və nə səbəbdən ara məsafəsini saxlamamağı aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X10 Şöbəsinin 10 fevral 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar