Məhkəmə qərarları › İş №3(044)-220/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-220/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-220/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X7 oğlunun katibliyi, şikayətçi Qanuni nümayəndə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X2 iştirakı ilə, X3 qanuni nümayəndəsi Qanuni nümayəndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Kəpəz rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 qanuni nümayəndəsi Qanuni nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun oğlu X3 barəsində olan Gəncə şəhəri Kəpəz rayonu Polis idarəsinin xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi, barəsində inzibati protokol tərtib edilmiş X3 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, onun oğlu X5, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qərarda nəzərdə tutulmuş göstərişlərə əsasən maskadan istifadə edərək Gəncə şəhəri, Kəpəz rayon ərazisində avtobus dayanacağının yaxınlığında olarkən üz nahiyəsi tərlədiyi üçün təri silmək məqsədilə maskanı aşağı salmışdır. Bu zaman salfet axtararkən Gəncə şəhəri Kəpəz rayon Polis idarəsinin əməkdaşı ona yaxınlaşaraq idarəyə gəlməli olduğunu bildirmiş və oğlu yetkinlik yaşına çatmayan şəxs kimi və ilk dəfə polis tərəfindən idarəyə aparıldığı üçün həyəcanlanmış və polis əməkdaşına heç nə demədən və valideynlərinə bu barədə məlumat vermədən polis idarəsinə getmişdir. Polis idarəsində polis əməkdaşı da qanunun tələblərinə zidd olaraq yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin iştirakını təmin etmədən (ən azı məlumat vermədən) onu 100 manat məbləğində cərimə etmişdir. O, bununla bağlı 3 dəfə Azərbaycan Respublikası DİN-nin Qaynar xəttinə (102 xidmətinə), bir dəfə də Gəncə şəhəri Kəpəz rayon Polis idarəsinə məlumat vermiş, inzibati qərarı əldə etməyə çalışsa da, heç bir nəticə olmamış, Gəncə şəhəri Kəpəz rayon Polis idarəsindən protokolu tərtib edən şəxs olmadığı üçün həmin qərarın ona təqdim ediməsinin mümkün olmadığı bildirilmişdir. Sözügedən inzibati xəta haqqında protokolun tərtib edilməsində qanunvericiliyin tələbləri, konkret halda AR İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalar pozulmuşdur. Belə ki, sözügedən inzibati xəta haqqında prtokolun tərtib edildiyi tarix və yer, prtokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə məzuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməmişdir. Sonda şikayətçi inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 məhkəmədə izahat verərək bildirmişdir ki, o dayanacaqda olarkən telefonla danışdığı üçün ağzının qıraqları tərləmiş, tərini silmək üçün bir neçə saniyəlik maskasını aşağı salmış və tərini silərək maskasını yenidən taxmışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq, özünü təqdim etmiş və onu polis idarəsinə apararaq orada ona cərimə yazmışdır. O, Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin sahə rəisi X4 bildirmişdir ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində polis nəfəri Orxan Məmmədov tərəfindən Kəpəz rayon Polis idarəsinə gətirilmişdir. Əhəd Binnətov maskadan düzgün istifadə etmədiyi üçün barəsində protokol tərtib edilərək 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin XTB-nin polis nəfəri X6 bildirmişdir ki, xx.xx.2020-cil tarixdə, saat 14 radələrində ərazi üzrə xidmətdə olarkən adını sonradan bildiyi Əhəd Binnətovun daynacaqda telefonla danışaraq maskanı aşağı saldığını görüb sonuncuya yaxınlaşmışdır. O, özünü təqdim edib Əhəd Binnətova maskadan düzgü istifadə etmədiyini bildirmiş, sonuncu telefonla danışdığı üçün maskasını aşağı saldığını demişdir. O, inzibati protokol tərtib olunması üçün X10 rayon Polis idarəsinin növbətçi hissəyə təhvil vermişdir. X8 maskadan düzgün istifadə edilməsi izah edilmiş, sonra protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, həmin protokol Əvəz Mustafayev və Əhəd Binnətov tərəfindən imzalanmışdır. - xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X5 barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. X1 barəsində inzibati protokol tərtib edilərkən və qərar qəbul edilərkən onun qanuni nümayəndəsi iştirak etməmiş, izahatı alınmamış, inzibati protokol və qərarın surəti təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. - 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. - 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. - 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. - 100.1 və 100.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. - 117-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol və qəra qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, X5 barəsində inzibati protokol onun qanuni nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş və qanuni nümayəndəsinin iştirakı olmadan qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № li ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Kəpəz rayon Polis idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar