Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-220/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 400, mənzil 25-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15.03.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin əməkdaşları xidmətdə olarkən xırda xuliqanlıq hərəkətləri etdiyindən və polisin qanuni əmrinə tabe olmamağa görə barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X2, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, əməlindən peşman olmasını və ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin polis mayoru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhər X11 Şöbəsinin duracağında 15.03.2022-ci il tarixdə saat 11:30 radələrində hərəkətdə olan “Chevrolet Cruze” markalı “**-CA-***” dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi üçün saxlanılaraq, DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Şəxs DYPŞ-nin inzibati binasına daxil olaraq ünvanlı nalayiq ifadalər işlədərək inzibati binanın giriş qapısının şüşəsini sındırmış və avtomobilin duracaqdan çıxarılmasını tələb etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq, qanuni tələbə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək, polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami rayonu Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru, X4 bildirdi ki, 15.03.2022-ci il tarixdə Şəxs DYPŞ-nin inzibati binasına daxil olaraq ünvanlı nalayiq ifadələr işlədərək inzibati binanın giriş qapısının şüşəsini sındırmış və avtomobilin duracaqdan çıxarılmasını tələb etmiş və bundan sonra məlumat əsasında DYPŞ-nin inzibati binasına gedərək, Şəxs Nizami rayon Polis İdarəsinə aparmışlar. Nizami rayon Polis İdarəsində Şəxs nizamintizama dəvət etmələrinə baxmayaraq, onların tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri X5 bildirdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri işləyir və Gəncə şəhər X11 Şöbəsində xidmətdə olur. 15.03.2022-ci il tarixdə Şəxs DYPŞnin inzibati binasına daxil olaraq ünvanlı nalayiq ifadələr işlədərək inzibati binanın giriş qapısının şüşəsinii sındırmış və avtomobilin duracaqdan çıxarılmasını tələb etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq, qanuni tələbə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək, polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 15 mart 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2022-ci il tarixdə xırda xuliqanlıq etmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən saat 14:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-220/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-220/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver