Məhkəmə qərarları › İş №3(044)-221/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-221/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-221/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X1 iştirakları ilə, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan və həmin protokol əsasında verilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin protokolun və onun əsasında tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. O, tələsik evdən çıxdığı üçün telefonun enerjisinin bitdiyini bilməmiş və bu səbəbdən də icazə ala bilməmişdir. Onun maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, onun bacısının əri müharibədən qayıtdığına görə sevincindən onlara getmiş, bu zaman onun telefonunun enerjisi olmadığından o buna əhəmiyyət verməmiş, nəticədə sms icazə sistemindən istifadə edə bilməmişdir. Odur ki, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan və həmin protokol əsasında verilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq, şikayət vermiş şəxsin və inzibati protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, o, karantin rejiminin tələblərini pozmuşdur. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli Qərarında göstərilmişdir ki, vətəndaşlar “icaze.e-gov.az” portalından qeydiyyat keçməklə və ya bu Qərarın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “ETəbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). Şikayətçinin dəlillərindən də göründüyü kimi o qanunun belə bir tələbinin olmasını öncədən bildiyi haldaSMS icazə sistemindən istifadə etməmişdir. Telefonunun enerjisinin bitməsi kimi dəlillər onun inzibati məsuliyyətdən azad edilməsinə gətirib çıxaran dəlillər kimi qəbul edilə bilməz. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan və həmin protokol əsasında verilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X3 Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar