Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-221/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044 )-477/19 saylı, 01.04.2019-cu il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs maddi ziyanın ödənilməsi üçün 3088 manat, mənəvi ziyanın ödənilməsi üçün 200 manat və 30 manat dövlət rüsümu olmaqla, cəmi 3318 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq verilmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə borcdan bu günə qədər cəmi 100 manat ödəniş etmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatında 3218 manat borcunun olduğunu, bu günə qədər 100 manat ödəniş etdiyini, maddi vəziyyətinin ağır olduğuna görə borcunun yığıldığını bildirmişdir. X1 etibamamə ilə nümayəndəsi ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borcunun ödənilməsi istiqamətində məcburi icra tədbirlər görülməsini xahiş etmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri pörülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, işləmir və borcunu bir dəfəlik ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, 3218 maat borcundan bu günə qədər 100 manat ödəniş etmişdir. Bundan başqa o, avtoqəzaya düşdüyü üçün uzun müddət müalicə almış, heç yerdə işləməmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş: - 15.03.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-477/19 saylı, 28.02.19-cu il tarixli icra sənədinə əsasən Şəxs 2019-cu il tarixdən X4 ödəməli 3218 manat pulu ödəməmişdir. - 2(044)-477/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 28 fevral 2019-cu il tarixli borc müqaviləsi üzrə 3088 manat maddi ziyan, 200 manat mənəvi ziyan və ödənilmiş dövlət rüsumu kimi 30 manat pul vəsaiti X4 ödənilməsi qət edilmişdir. - 09 aprel 2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 09.04.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 09.04.2019-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(044)-477/2019 saylı icra sənədini icraatına qəbul etmişdir. - Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(044)-477/2019 saylı icra vərəqəsinə əsasən 3088 manat məbləğində pulu X7 ödəməli olduğu barədə məlumatı olsa da, işsiz olduğu üçün həmin borcunu ödəyə bilmir və bugünə kimi borcundan cəmi 100 manat ödəniş etmişdir. - 13.05.2019-cu il tarixli “Xəbərdarlıq” məktubundan görünür ki, borclu Şəxs 28 fevral 2019-cu il tarixli 2(044)-477/2019 saylı icra sənədi üzrə olan borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqdır. - X2 təmsil edən Fəxrəddin Qasımov 15.03.2022-ci il tarixdə icra idarəsində ərizə verərək borclu Şəxs ona olan 3000 manat borcu olduğu halda, cəmi 100 manat ödəni etmiş, hazırda 2900 manat ona borcu vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki Şəxs işləmədiyini və maddi imkanı olmadığını, əsas gətirərək borcu ödəməkdən yayınmışdır. Lakin o, az da olsa hissə-hissə edərək borcunu ödəyə bilərdi. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-221/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-221/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver