Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-222/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X4 tərəfindən qəbul edilən EQ ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X4 tərəfindən qəbul edilən EQ ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X2 xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. O, hesab edir ki qanunun tələblərinə zidd olaraq qəbul edilmiş qərar tam əsassızdır. Bildirmişdir ki, barəsində qəbul olunmuş elektron qərarda xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 347-ci kilometrliyində Bakı istiqamətində, saat 13:29 radələrində özünə məxsus “Chevrolet Aveo” minik markalı **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Onun qanunla müəyyən edilmiş avtomobilini texniki baxışdan keçirməməyinin səbəbi, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının və Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə xüsusi rejimin tətbiq edilməsi qərara alınmış və xx.xx.2020-ci il tarixdən saat 00:00-dan xx.xx.2021-ci il tarixdən saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsi olmuşdur.Təsadüf deyil ki, sözügedən məsələ ilə bağlı DİN Baş DÖvlət X8 (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ictimaiyyətə açıqlamasında bildirmişdir ki, avtomobillərin texniki baxışdan keçməsi üçün SMS-lə icazə alınması nəzarədə tutulmuşdur. BDYP-nin şöbə rəisi onu da qeyd etmişdir ki, müəyyən edilsə ki, avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdikdə, o halda avtomobilinin sahibi inzibati məhsuliyyətə cəlb olunmayacaq. Bundan başqa dövlət rəsmisi onu da vurğulamışdır ki, hələ aprel ayının əvvəlindən xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan kecməyən nəqliyyat vasitələrinin aşkarlanması prosesi dayandırılmışdır. Eyni zamanda hesab edir ki, elektron qərarda istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi tarixi) və növbəti yoxlamanın kecirilməli olduğu vaxt barədə məlumatlar tam əks olunmamışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsinin 2-ci hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrindən və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Elektron qərarda xüsusi texniki vasitəyə aid məlumatlar əks olunmadığından mövcud vəziyyətdə inzibati xəta hadisəsinin həqiqətən xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib-edilmədiyini də müəyyən etmək mümkün deyildir. Əgər inzibati xəta hadisəsi həqiqətən də xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib-edilmədiyini də müəyyən etmək mümkün deyildir. Əgər inzibati xəta hadisəsi həqiqətən də xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdirsə bu zaman qəbul edilmiş qərarda İXM-in 100.1.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmalıdır. Ona görə də qərara məhkəmə qaydasında baxılmasını, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin rəisi Polis polkovniki X3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı elektron Qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X5 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X5 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilsin. X5 barəsində İXM-in 339.1-1-ci maddəsinə əsasən “inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-222/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-222/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver