Məhkəmə qərarları › İş №3(044)-224/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-224/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-224/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 iştirakı ilə X3 Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X2 şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə işlədiyi X9 evə gedərkən Gəncə şəhəri, Heydər Əliyev prospektində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi ilə bağlı protokol tərtib edilmişdir. Onun Şuşa təsərrüfat hesablı təmir tikinti idarəsi tərəfindən verilmiş icazələrin alınması və monitorinqi sistemindən arayışı olub. xx.xx.2021-ci il tarixdə bilmədiyi səbəbdən həmin icazə ləğv olunub. Həmin icazənin ləğv olunmasından onun xəbəri olmayıb. Ona görə də hesab edir ki, Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxs X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləində inzibati cərimə edilmişdir. İş materiallrına əlavə edilmiş “İcazələrin alınması və Monitorinqi sistemi”nin bildirişindən görünür ki, X3 barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan icazə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Odur ki, məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş materiallarından və faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 epidemiya əleyhinə rejimini, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X3 barəsində qəbul edilmiş Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Gəncə şəhər X12 Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar