Məhkəmə qərarları › İş №3(044)-225/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-225/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-225/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 iştirakı ilə X3 Gəncə şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X2 şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri “ATS” adlanan yerdə xidmətdə olan polis əməkdaşı tərəfindən yoxlama zamanı Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşı icazəsi olmadığını bildirərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona protokolun surəti təqdim edildikdən sonra məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında protokolu tərtib edən şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin polis leytenantı Ramil Həsənov olmuşdur. Onun icaze.e-gov.az portalında rəsmi sms icazəsi olmuşdur. O, Samux rayonunun Alabaşlı kəndində qeydiyyatda olsa da, xeyli müddətdir ki, Gəncə şəhərində yaşayır. inzibati xəta haqqında protokol ona tərtib olunarkən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşı Azərbaycan Respublikasının Qanununun tələbərini kobud surətdə pozaraq onun elektron portalda icazəsi olub-olmamasını araşdırmadan onun icazəsi olmadığını bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi ilə bağlı protokol tərtib edilmişdir. Hesab edir ki, Gəncə şəhər Nizami Rayon polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin polis leytenantı, polis sahə rəisi X7 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə X5 adlı şəxs epidemiya əleyhinə rejim və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən düzgün istifadə etmədiyinə görə raport əsasında Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Həmin vaxt X3 həqiqətən də tibbi maskadan düzgün istifadə etməməsi təsdiq olunmuşdur. X3 həmin vaxt idarədə izahatı alınmış və o, hər hansı narazılığının olduğunu bildirməmiş, izahatını və onun barəsində tərtib edilmiş protokolu təsdiq edərək imzalamışdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və onun tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə X5 epidemiya əleyhinə rejim və karantin rejimləri dövründə karantin qaydalarını pozduğuna görə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş X3 Gəncə şəhər Nizami rayon Polis İdarəsində verdiyi izahatından görünür ki, o, tibbi maskadan düzgün istifadə etmədiyinə görə karantin rejimi qaydalarını pozmuş, eyni zamanda izahatında hər hansı narazılığının olduğunu bildirməmiş və izahatını şəxsən imzalamışdır. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon polis İdarəsinin polis sahə rəisi X3 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş materiallarından və işin faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx.xx.2020-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş, həmin dövrdə tibbi maskadan düzgün istifadə etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun həmin inzibati xətanı törətməsini təsdiq edən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli raport, həmin tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsində özünün verdiyi izahatı, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində tərtib xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X3 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar