Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-226/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati tənbeh vermə qərarından vermiş olduğu şikayətdən imtina etməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X2 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməklə yanaşı verilmiş şikayətdən imtina etmək də X1 hüququdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 118 -ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati tənbeh vermə qərarından vermiş olduğu şikayət onun ərizəsinə əsasən geri qaytarılsın. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-226/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-226/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver