Məhkəmə qərarları › İş №3(044)-230/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-230/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-230/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, X10 İcra İdarəsinin nümayəndəsi icra məmuru X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 145-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X10 İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra sənədinə əsasənVerdiyev (Namazov) İlham Sabiroğlundan xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaqX2 ödənilməsi qət edilmişdir. Borclu Verdiyev (Namazov) İlham Sabiroğlunun barəsində X10 İcra İdarəsinin icra məmuru tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Verdiyev (Namazov) İlham Sabir oğlundan borcunun ödənilməsi tələb edilsə də, o, borcunu ödəməmişdir. Borclu Şəxs icra sənədi üzrə X2 ödənilməmiş 1130 manat borcu qalmaqdadır. Məhkəmə iclasında X10 İcra İdarəsinin nümayəndəsi, icra məmuru X7 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra sənədinə əsasən Verdiyev (Namazov) İlham Sabir oğlundan xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Verdiyev (Namazov) İlham Sabiroğluna tələbi könüllü icra etməsi üçün xx.xx.2019-cu il tarixli rəsmi bildiriş təqdim edilmişdir. Verdiyev (Namazov) İlham Sabir oğlu aliment borcunu əvvəlki aylarda mütəmadi olaraq ödəmişdir. Borclu Verdiyev (Namazov) İlham Sabir oğlu qeyd edilən icra sənədi üzrə tələbkara olan borcunun qalan hissəsini ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Verdiyev (Namazov) İlham Sabiroğlu borcunun qalan hissəsini ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Verdiyev (Namazov) İlham Sabiroğlunun adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Verdiyev (Namazov) İlham Sabiroğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Verdiyev (Namazov) İlham Sabiroğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Verdiyev (Namazov) İlham Sabir oğlu bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra sənədinə əsasən ondan xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. O, tələbin könüllü icra edilməsi üçün bildirişi aldıqdan sonra, borcundan 150 manat məbləğində pul tələbkara ödəmişdir. Sonuncu iki ay ərzində yığılmış aliment borcundan təxminən 300 manat pul zərərçəkmişə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsə olan aliment borcundan 1130 manat ödənilməmiş qalmışdır. Borcunun qalan hissəsini heç bir yerdə işləmədiyindən ödəyə bilməmişdir. Hal-hazırda borcunun qalan hissəsini ödəməyə maddi imkanı yoxdur. İmkanı olacağı təqdirdə gələcəkdə ödəyəcəkdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra sənədinə əsasən Verdiyev (Namazov) İlham Sabiroğlundan xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs əvvəlki aylarda aliment borcunu hissə-hissə ödəsə də, sonradan aliment borcunu ödəməmiş və hal-hazırda sonuncunun 1130 manat məbləğində aliment borcu yığılmışdır. Şəxs həmin borcunu ödəməkdən imtina edir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra sənədinin surətindən müəyyən olunur ki,Verdiyev (Namazov) İlham Sabiroğlundan xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaqX2 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3156/2019 saylı icra vərəqəsi X10 İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasında təqdim etdiyi və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödənilməmiş 1130 manat aliment borcunun ödənilməsini tələb edir və onun barəsində inzibati həbs tənbeh növünün təyin edilməsini xahiş edir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, o, həmin vaxt ərzində borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, ödəniş etməməsinin səbəbi kimi maddi imkanının olmamasını, işləmədiyini göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmamasını bildirsə də, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hazırki vaxtadək aliment borcunu ödəməməsi və onun hazırki vaxtadək 1130 manat aliment borcunun yığılması onun həqiqətən də məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il saat 12:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar