Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-231/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi fəaliyyətlə məşğul olan, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 00:58-də Gəncə şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində “VAZ 2107” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təhlükəli manevr hərəkətləri ilə digər avtomaşınlara real təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin polis kapitanı X2 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 00:58-də Gəncə şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində “VAZ 2107” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə digər markası və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil ilə sürət yarışına çıxmışdır. Həmin vaxt Şəxs“VAZ 2107” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təhlükəli manevr hərəkətləri ilə digər avtomaşınlara real təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Qeyd edilənləri əsas gətirib Şəxs barəsində inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 00:58-də Gəncə şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində “VAZ 2107” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dövlət qeydiyyat nişanı məlum olmayan digər avtomobil ilə sürət yarışına çıxmışdır. Həmin vaxt ona məxsus “VAZ 2107” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təhlükəli manevr hərəkətləri ilə digər avtomaşınlara real təhlükə yaratmışdır. Avtoxuliqanlıq hərəkətləri ilə ictimai qaydanı və əhalinin dincliyini pozduğuna və cəmiyyətə hörmətsizlik etdiyinə görə əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Bunu və ikinci Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq ona inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, habelə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan avtoxuliqanlıq inzibati xətası o zaman baş vermiş hesab olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla müşayiət olunan qərəzli hərəkətlər etmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuş, digər avtomobilləri idarə edən şəxslərə ciddi təhlükə yaratmış və bununla da ictimai qaydanı və əhalinin dincliyini pozaraq cəmiyyətə hörmətsizlik etmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs törətdiyi avtoxuliqanlıq hərəkətləri ilə əlaqədar olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Baş Polis İdarəsinin TŞX-nin mühəndis elektronçu, polis kapitanı Ruslan Hacıyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə, saat 00:58-də Gəncə şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində “VAZ 2107” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəli manevr hərəkətləri edərək avtoxuliqanlıq hərəkətləri etməsi Gəncə şəhəri Baş Polis İdarəsinin Təhlükəsiz şəhər xidməti kameraları vasitəsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Şəxs məxsus SX № ******* saylı hərbi biletin surətindən görünür ki, o, Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə iştirak etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, onun Qarabağ müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, şəxsiyyətinə uyğun, inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-231/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-231/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver