Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-233/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, tələbkar X5 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirdi ki, Kəbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-97/20 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 980 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-565/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 762 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Unibank KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 882/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 950 manat məbləğində pul vəsaiti tutularaq Soliton LTD MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-987/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1060 manat məbləğində pul vəsaiti tutularaq ABC Telekom MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra vərəqləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclunun məcburi gətirilməsi və barəsində axtarış elan olunması haqqında qərarlar qəbul olunmuşdur. Borclu Şəxs axtarış nəticəsində idarəyə gətirilmiş və barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında tələbkar izahat verərək bildirmişdir ki, borcludan borcunu tam ödəməsini tələb edir. Çünki borclu ona borcundan cəmi 180 manat pul ödəmiş, 800 manat borcu qalmışdır. O, borcunu tam şəkildə ödəyə bilməsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcluya həbs verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, o, icra məmuruna borcundan hər ay hissə-hissə 100-150 manat ödəniş etməyi təklif etmişdir. Lakin tələbkar hər ay azı 300 manat ödəniş etməsini tələb etmişdir. Ayın sonuna kimi vaxt veriləcəyi təqdirdə borcundan 200 manat ödəniş edəcəkdir. Sonda borclu məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs borclu olduğu Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 97/20 saylı, xx.xx.2020-ci il tarixli, 2(040)-565/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(040)- 882/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(040)-987/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqələri bir icraatda birləşdirilmişdir. - xx.xx.2020-ci il tarixli “borclunun axtarılması haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə 500074 saylı axtrış işi açılmışdır. - Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli “borclunun axtarılması haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və tələbkarın izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, borclu maddi imkanın olmadığını əsas gətirərək borcunu ödəməmişdir. Halbuki o, bu günə qədər tələbkarlara hissə-hissə ödənişlər edə bilər, qətnamələrin icrasına möhlət verilməsi və ya hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət edə bilərdi. Həmçinin borclunun barəsində məcburi gətirilmə və axtarış qərarlarının qəbul olunması onun icradan yayındığını göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-233/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-233/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver