Məhkəmə qərarları › İş №3(044)-233/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-233/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-233/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X7, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X8 iştirakı ilə, X12 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X13 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın və Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X14 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Səhiyyə Nazirinin müavini X3 Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X7 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu əsasında 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin protokol və qərar X12 hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin protokol tərtib edilərkən o, Bakı şəhərində ambulator müalicədə olmuşdur. Mirzəyev Bəhruz ona zəng edən zaman ona Bakıda olduğunu bildirmişdir. Buna baxmayaraq X14 onun barəsində protokol tərtib edərək göstərmişdir ki, X5 şəhəri, F.X.Xoyski küçəsi, ev 95-də yerləşən ona məxsus stomotoloji kabinetdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olur. Protokola görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Guya bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 13 yanvar 2022-ci il tarixli 10 nömrəli plandan kənar yoxlama aktı ilə təsdiq edilmişdir. Protokol qeyri-qanuni tərtib edilsə də onun əsasında 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun həkim-stomatoloq ixtisası üzrə bitirmiş və müxtəlif yerlərdə stomatoloq kimi fəaliyyət göstərmişdir. Hazırda adına ********** saylı VÖEN vardır. 14.02.2022-ci ildə Sertifikat almışdır. Özü ağır onkoloji və şəkər xəstəsidir, maddi cəhətdən vəziyyəti çox ağırdır. Demək olar ki, 20 ildir fasilələrlə işləyir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X14 bildirdi ki, Gəncə şəhər Prokurorluğunun 17 dekabr 2021-ci il tarixli “inzibati xətaya dair icraata başlamaq haqqında” qərarına əsasən X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati icraat başlanmış və qərar baxılması üçün Səhiyyə Nazirliyinə göndərilmişdir. Həmin qərarla bağlı müvafiq araşdırma aparılmış və X12 ünvan 1 ünvanda yerləşən özünə məxsus stomotoloji kabinetdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Buna görə də X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsi X2 Bəhruz Həsən oğlunun izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X19 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, Səhiyyə Nazirliyinin nümayəndəsinin, şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gəncə şəhər Prokurorluğunun 17.12.2021-ci il tarixli qərarı əsasında ünvan 1 ünvanda yerləşən X16 məxsus stomotoloji kabinetdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktı müəyyən edilmiş və X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli “inzibati xətaya dair icraat başlamaq haqqında” qərardan görünür ki, X4 Nərminə Kamil qızının dişlərini çəkən zaman lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. X19 özü Nərminə Kazımovaya qarşı özəl tibbi fəaliyyətlə məşğul olduğu zaman lisenziya və sertifikatının olmadığını bildirərək, həmin sənədləri araşdırmaya təqdim edə bilməmişdir. Ona görə də X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati icraat başlanmış və qərar baxılması üçün Azərbayan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli 08 saylı “plandankənar yoxlama aktı”ndan görünür ki, X12 ünvan 1 ünvanda yerləşən özünə məxsus stomotoloji kabinetdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Belə ki, həmin aktda X19 izahat verərək, lisenziyasız fəaliyyət göstərməsinin səbəbinin xroniki xəstəlikləri ilə əlaqədar uzun müddət Bakıda və ölkə xaricində olmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 şəhəri, F.X.Xoyski küçəsi, ev 95 ünvanda yerləşən özünə məxsus stomotoloji kabinetdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş AH № 043914 saylı “pratik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” sertifikasiya şəhadətnaməsindən görünür ki, X19 həmin sertikifatı 14 fevral 2022-ci il tarixdə almışdır. İnzibati xəta haqqında protokol isə 13 yanvar 2022-ci ildə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol düzgün olaraq tərtib edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X12 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X12 təqsiri təsdiq olunur. Beləliklə də, X12 barəsində tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X12 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X13 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X13 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X13 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X11 Nəzarət şöbəsinin baş mütəxəssisi X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar