Məhkəmə qərarları › İş №3(044)-234/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-234/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-234/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, polis kapitanı X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonu Çiraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Daşkəsən rayonu, Quşçu kəndində yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 17:03 radələrində nəqliyyat vasitəsinə etibarnaməsi olmadan “QAZ-31029” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “VAZ-21065” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Əli Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, polis kapitanı X5 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17:03 radələrində nəqliyyat vasitəsinə etibarnaməsi olmadan “QAZ-31029” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, zərərçəkmiş şəxs X4 idarə etdiyi “VAZ-21065” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Əli Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, “VAZ-21065” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Sürücülük hüququ var. xx xxxxxx 2021-ci il tarixdə saat 17:03 radələrində Şəxs idarə etdiyi “QAZ-31029” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospektindən F.Həsənov küçəsi istiqamətində hərəkətdə olan zaman, Ə.Nəzmi küçəsinə yaxınlaşan zaman onun idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamış, avtomobilinə maddi ziyan dəymişdir. Şəxs tərəfindən onun avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, onun sürücülük hüququ yoxdur. xx xxxxxx 2021-ci il tarixdə saat 17:03 radələrində idarə etdiyi “QAZ-31029” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Gəncə şəhəri, Ə.Nəzmi küçəsinin yaxınlığında onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “VAZ-21065” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuş, Əli Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X1 Zahir Müzakir oğlu barəsində məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 0005 nömrəli qüsur aktından görünür ki, “VAZ-21065” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 746 (yeddi yüz qırx altı) manat məbləğində maddi ziyan hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs, xx xxxxxx 2021-ci il tarixdə saat 17:03 radələrində sürücülük hüququ olmadan “QAZ-31029” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “VAZ- 21065” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş, Əli Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.4-cü maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati Xətalar Məcəlləsinin 150.7-ci maddəsinə görə isə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Qeyd edilən Məcəllənin 150.8-ci maddəsinə görə isə bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-in 327.1 və 332.1-ci maddələrinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.4-cü maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri üzrə müvafiq tədbirlər görülməsi üçün inzibati xəta haqqında protokol daxili işlər orqanına qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar