Məhkəmə qərarları › İş №3(044)-234/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-234/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-234/2022 31.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində olan 45 ədəd inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən minik avtomobilinə Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2. 334.1, 329.1, 339.1-1 və 346.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh haqqında 45 ədəd elektron qərarların ləğv edilməsini və ümumilikdə hesablanmış 3600 manat cərimənin silinməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ev 23, mənzil 1-də qeydiyyatda olub, Samux rayonu Ziyadlı kəndində yaşayıram. O, AC626349 BC kateqoriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus Vaz21013 markalı 20BP932 Dövlət Qeydiyyatlı minik avtomobili idarə edir. xx.xx.2021-ci il tarixdə idarə etdiyi Vaz-21013 markalı 20BP932 Dövlət Qeydiyyatlı minik avtomobili ilə Samux rayonun ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti haqqında 334.1, 329.1, 339.1-1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə onun barəsində inzibati qaydada 500 manat cərimə etmişlər və idarə etdiyi Vaz-21013 markalı ******* Dövlət Qeydiyyatlı minik avtomobili cərimə meydançasında saxlamışlar. Samux rayon Polis Şöbəsinin DYP-nin əməkdaşları onu saxladıb bildirmişlər ki, idarə etdiyi Vaz-21013 markalı 20BP932 Dövlət Qeydiyyatlı minik avtomobilin Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən tərtib edilmiş 2018-ci il, 2019-ci və 2020-ci illərdə İnzibati Tənbeh haqqında Elektron Qərarlarla cərimə borcları vardır. Buna görə onun idarə etdiyi Vaz-21013 markalı 208P932 Dövlət Qeydiyyatlı minik avtomobilinə 2018, 2019 və 2020-ci illərdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən tertib edilmiş İnzibati Tərbeh haqqında Elektron Qərarların ona göndərilməsi barədə Azəraycan Reşublilası DİN-nin BDYPİ-nə müraciət etmiş, həmin qərarlar xx.xx.2021-ci il tarixdə ona göndərilmişdir. İnzibati protokollar tərtib edildiyi tarixlərdə o, xəta törətsə də, bu barədə ona hər hansı bildirş gəlməmiş, onun həmin qərarlardan məlumatı olmamışdır. Həmin qərarlara görə ona dəbbə pulu hesablanmamışdır. Sonda o, şikayətinin təmin edilməsini, barəsində olan 45 ədəd qərarların və cəmi 3600 manat cərimənin ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sorğusuna Gəncə şəhər BPİ-nin DYPŞ-nin cavab məktubuna əlavə edilmiş: xx.xx.2018-ci il tarixli, EQ003910 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ005620 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ008738 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ032500 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ044129 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ051924 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ207696 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ207697 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ215288 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ215292 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ224624 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ225283 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ225293 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ228356 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ234332 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ267132 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ271700 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ281548 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ306882 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ309522 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ315762 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ326292 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ326399 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ354754 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ363969 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ370238 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ380432 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ383997 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ390493 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ405866 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ413531 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ446148 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ446407 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2018-ci il tarixli, EQ455210 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ478937 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ487413 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ497785 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ499133 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ518352 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ617923 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ1232409 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ2516975 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, EQ2829041 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2020-ci il tarixli, EQ2937707 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X3 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır; xx.xx.2020-ci il tarixli, İXP saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 329.1, 339.1-1, 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 barəsində tərtib edilmiş 45 ədəd elektron qərar üzrə inzibati xətaları törətdiyini etiraf etsə də, həmin qərarların vaxtında ona təqdim edilmədiyini, əlavə dəbbə pulu hesablanmadığını bildirmişdir. Həmçinin o, qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ev 23, mənzil 1-də deyil, Samux rayonu Ziyadlı kəndində yaşadığını bildirmişdir. Buna görə də onun məlum olan qeydiyyat ünvanına göndərilmiş məktublar ona çatmamışdır. Məhkəmə hesab edir ki, X2 törətdiyi inzibati xətaları etiraf etməklə həmin xətaların törədilməsindən məlumatı olmuş, sadəcə qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün qərarları vaxtında əldə edə bilməmişdir. Həmin elektron qərarları onun əldə etməməsi, qərarların ləğvi və cərimələrin silinərək icraata xitam verilməsi üçün əsas deyildir, elektron qərarların verilməməsi tətbiq edilmiş cərimələr üzrə əlavə dəbbə pulunun silinməsi üçün əsas ola bilərdi, lakin o, özü də dəbbə pulu hesablanmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.11-ci maddənin 1-ci cümləsində qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməməli, X3 barəsində tərtib edilmiş 45 ədəd inzibati tənbeh vermə haqqında elektron qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 122, 125, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EQ 003910, xx.xx.2018-ci il tarxili, EQ 008738, xx.xx.2018-ci il tarixli, EQ 005620, xx.xx.2018-ci il tarixli, EQ 032500, xx.xx.2018-ci il tarixli, EQ 044129, xx.xx.2018-ci il tarixli, EQ 051924, xx.xx.2018-ci il tarixli, EQ 207696, xx.xx.2018-ci il tarixli, EQ 207697, xx.xx.2018-ci il tarixli, EQ 215288, xx.xx.2018-ci il tarixli, EQ 215292, xx.xx.2018-ci il tarixli, EQ 224624, xx.xx.2018-ci il tarixli, EQ 225283, xx.xx.2018-ci il tarixli, EQ 225293, xx.xx.2018-ci l tarixli, EQ 228356, xx.xx.2018-ci il tarixli, EQ 234332, xx.xx.2018-ci il tarixli, EQ 267132, xx.xx.2018-ci il tarixli, EQ 271700, xx.xx.2018-ci il tarixli, EQ 281548, xx.xx.2018-ci il tarixli, EQ 306882, xx.xx.2018-ci il tarixli, EQ 309522, xx.xx.2018-ci il tarixli, EQ 315762, xx.xx.2018-ci il tarixli, EQ 326292, xx.xx.2018-ci il tarixli, EQ 326399, xx.xx.2018-ci il tarixli, EQ 354754, xx.xx.2018-ci il tarixli, EQ 363969, xx.xx.2018-ci il tarixli, EQ 370238, xx.xx.2018-ci il tarixli, EQ 380432, xx.xx.2018-ci il tarixli, EQ 383997, xx.xx.2018-ci il tarixli, EQ 390493, xx.xx.2018-ci il tarixli, EQ 405866, xx.xx.2018-ci il tarixli, EQ 413531, xx.xx.2018-ci il tarixli, EQ 446407 saylı, xx.xx.2018-ci il tarixli, EQ 446148, xx.xx.2018-ci il tarixli, EQ 455210, xx.xx.2019-cu il tarixli, EQ 478937, xx.xx.2019-cu il tarixli, EQ 487413, xx.xx.2019-cu il tarixli, EQ 497785, xx.xx.2019-cu il tarixli, EQ 499133, xx.xx.2019-cu il tarixli, EQ 518352, xx.xx.2019-cu il tarixli, EQ 617923, xx.xx.2019-cu il tarixli, EQ 1232409, xx.xx.2019-cu il EQ 2516975, xx.xx.2019-cu il tarixli, EQ 2829041, xx.xx.2020-ci il tarixli, EQ 293707, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar dəyişdirilmədən saxlanılsınlar. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar