Məhkəmə qərarları › İş №3(044)-238/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-238/2022

19.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-238/2022 19.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasmi Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis leytenantı X1, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, N.Nərimanov 14/21 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-cı maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 19.03.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 18.03.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasında nalayiq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşı X3 18.03.2022-ci il tarixli raportu əsasında hadisə barədə məlumat verilmiş və faktla bağlı araşdırma aparılmışdır. Araşdırılma aparıldıqdan sonra o, Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, 18.03.2022-ci il tarixdə Cavid adlı polis əməkdaşı ona zəng etmiş və Ələddin müəllimin onu gözlədiyini və onun idarəyə gəlməli olduğunu bildirmişdir. O, isə 30 dəqiqə ərzində idarəyə yaxınlaşacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Cavid adlı polis əməkdaşı ona yenidən zəng edərək onun yaşadığı binanın önündə onu gözlədiyini və binanın önünə düşməsini bildirmişdir. O, dərhal binanın önünə düşmüş, Cavid adlı polis əməkdaşa məxsus ağ rəngli VAZ 2107 markalı avtomobilə əyləşərək Nizami Rayon Polis İdarəsinə gəlmişdir. O, polis əməkdaşlarına qarşı heç bir nəlayiq ifadələr işlətməmiş, nədə ki, onlara tabesizlik göstərməmişdir. Ona görə də inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs polis əməkdaşlarına qarşı heç bir nəlayiq ifadələr işlətməmiş, nədəki, onlara tabesizlik göstərməmişdir. Ona görə də inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı X5 bildirmişdir ki, 18.03.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasında olan zaman adı sonradan ona məlum olan Şəxs inzibati binanın daxilində əsəbi halda ucadan nəlayiq ifadələr işlətməsini görmüş, buna görə də həmin idarənin əməkdaşı CAŞ-in kiçik inspektoru, polis sıravisi X2 ilə birlikdə ona yaxınlaşaraq, ucadan danışmamasını və sakitləşməsini tələb etmişlər. O, isə “əcəb edirəm” deyərək polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin CAŞ-in kiçik inspektoru, polis sıravisi X2 bildirmişdir ki, 18.03.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasında olan zaman adı sonradan ona məlum olan Şəxs inzibati binanın daxilində əsəbi halda ucadan nəlayiq ifadələr işlətməsini görmüş, buna görə də həmin idarənin əməkdaşı CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı X5 ilə birlikdə ona yaxınlaşaraq, ucadan danışmamasını və sakitləşməsini tələb etmişlər. O, isə “əcəb edirəm” deyərək polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etdirmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətmədiyini bildirsə də onun inzibati xətanı törətməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin tələblərin əsasən, Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.03.2022-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Şəxs göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar