Məhkəmə qərarları › İş №3(044)-241/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-241/2022

24.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-241/2022 24.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda Şəxs 24.03.2022-ci il tarixdə yol kənarında avtomobili saxlayıb içərisində yatmış, şəxsiyyət müəyyən olunması üçün söhbət edən zaman özünü qeyri səmimi aparmış daha sonra polisin qanuni tələblərinə tabe olmadığı qeyd edilmişdir. Gəncə şəhər Nizami RPB-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 24.03.2022-ci il tarixdə 03:50 radələrində polis əməkdaşları xidmətdə olarkən iki nəfərin avtomobildə yatmış vəziyyətdə görüb, onların huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün sonunculara yaxınlaşmışlar. Adı polisə sonradan məlum olan Şəxs və X5 harada olub-olmadıqlarını yoxlamaq istəmişlər, lakin Zəka adlı şəxs bildirmişdir ki, Amerikada yaşayır. Ona normal şəkildə izah etmişlər ki, özünün qeyri-adekvat hərəkətlərinə son qoysun, lakin öz hərəkətlərini Zəka adlı şəxs davam etdirmiş, polis bölməsinə dəvət edildikdə isə uca səslə qışqıraraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu Nizami RPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində təqsirli bilməyərək bildirmişdir ki, o, 2019-cu il tarixdə oxuduğu ADAU-da X5 ilə tanış olmuş, həmin vaxtdan Pəri ilə münasibətləri vardır. 23.03.2022-ci il tarixdə Pəri Məmmədli qrup yoldaşının nişan mərasimindən çıxdıqdan sonra təxminən saat 23:30 radələrində onu “Sevincim” şadlıq sarayından götürmüş, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına getmişlər, orada yerləşən köskdən kofe alıb içdikdən sonra Kəpəz otelə gedərək geceni orada keçirmək məqsədi ilə otelin adminstratoruna yaxınlaşmışlar, lakin otelin adminstratoru Pəri Məmmədli ilə nikah haqqında şəhadətnamələri olmadığı üçün gecəni orada keçirə bilməyəcəklərini bildirmişdir. Bundan sonra hara gedəcəklərini bilmədikləri üçün təkrar olaraq Heydər Əliyev parkına qayıtmış, orada sakit bir yer seçib, avtomobili orada saxlamış, hər ikisi avtomobilin arxa oturacağına keçmişlər. Bİr müddət arxada oturduqdan sonra təxminən 02:00 radələrində yuxu tutub yatmışlar. Bir qədər sonra avtomobilin sürücü pəncərəsinin vurulmağını eşitmiş və yuxudan ayılıb, polis əməkdaşı olduğunu görmüşdür. Polis əməkdaşı ona yaxınlaşmış və özünü tədim etməsini bildirmişdir. O, özünü tədim etdikdən sonra polis əməkdaşı yanındakı xanımın özünü təqdim etməsini istəmiş, bu zaman o, buna etriaz etmiş və onun özünü təqdim etməsinə ehtiyac yoxdur demiş sonra isə qapını örtmüşdür. Bu səbəbdən polis əməkdaşları onu polis bölməsinə aparacağlarını bildirsələr də, o, haqlı olaraq etirazını bildirmiş, getmək istəmədiyini demişdir. Lakin sonra yanındakı xanımın ad soyadını təqdim etmədiyi üçün və polisin qanuni tələbinə tabe olmadığı üçün onu Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə aparmışlar. Sonda o, barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PPXTnin Polis serjantı Vəkilov Akif Aydın oğlu bildirdi ki, 24.03.2022-ci il tarixdə saat 03:50 radələrində ekipaj yoldaşı Verdiyev Anar ilə xidmətdə olarkən iki nəfərin avtomobildə yatdığını görüb yaxınlaşıb avtomobilin şüşəsini döyüb oyatmışlar ki, birdən dəm qazından boğulmuş olarlar. Özlərini təqdim edərək harada olmalarını soruşub, portal vasitəsi ilə şəxsiyyətlərini təyin etmək və axtarışlarını yoxlamaq üçün dövlət tərəfindən verilmiş mobil portala yazılması üçün özlərini təqdim etmələrini xahiş etmişlər. Lakin adı onlara sonradan məlum olan Şəxs özünü təqdim etmiş, xanıma gəldikdə isə harada yaşamasını, ad soyadını soruşduqda sonuncu onlara Amerikada yaşadığını bildirmişdir. Adı onlara sonradan məlum olan X3 ad soyadını bildirməməyini bildirmiş, onların qanuni işlərinə mane olaraq yayındırmağa çalışmış, hərəkətləri onlarda şübhəni artırmış, həmin şəxs özünü aqresiv aparmağa başlamış və uca səslə qışqırmağa bağşlamışdır. Onun yanındakı Pəri adlı şəxs onu polis əməkdaşları ilə belə danışmamasını bildirmiş, lakin o, öz hərəkətlərini davam etdirərək xanımın özünü təqdim etməməsini bildirmiş, onlar sonuncuya əks halda Nizami RPB-nə aparacağlarını bildirsələr də o, getməyəcəyini bildirmişdir. Onu patrul maşınına dəvət etmişlər, Zəka adlı şəxs isə qəsdən dəfələrlə onların qanuni göstərişinə tabe olmamış, onlara müqavimət göstərmişdir. Onlar onu qaydaya riayət etməsini tələb etsələrdə o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, o zaman onlar onu avtopatrul maşınına mindirərək Nizami RPB-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin PPXT-ın polis serjantı X4 digər şahid Akif Vəkilovun izahatındakı xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 24.03.2022-ci tarixli M№1376334 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs yol kənarında avtomobili saxlayıb içırisində yatmış, şəxsiyyət müəyyən olunması üçün söhbət edən zaman özünü qeyri səmimi aparmış daha sonra polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar